Rusdilli uşaqları təhqir edən müxbir işdən çıxarıldı- Açıqlama
Sosial şəbəkədə rus dilində təhsil alan və şəhərdə rusca danışan uşaqlara qarşı yazdığı xoşagəlməz statusa görə Azvision.azsaytının əməkdaşı Hafiz Əhmədov işdən kənarlaşdırılıb
Yenixeber.org: , H.Əhmədovun statusu ciddi müzakirə predmetinə çevrilmişdi. Vüsal Məmmədov isə məsələ ilə bağlı bir müddət öncə sosial şəbəkədə əməkdaşını müdafiə etmişdi.
"Azvisionun əməkdaşı Hafiz Əhmədovun rusdilli uşaqlarla bağlı yazdığı (və qısa müddət sonra redaksiyanın məsləhtilə sildiyi) status haqlı olaraq sosial şəbəkədə qəzəb dalğasına səbəb olub. Bunu başa düşürəm, haqq da verirəm. Amma eyni zamanda, illərdir Hafizin yazılarını redaktə edən adam kimi bilirəm ki, onun demək istədiyi bu olmayıb. O, səmimi, kövrək, amma həm də sadəlövh, bir az köntöy və politkorrekt olmağı bacarmayan bir gəncdir. Azərbaycanda körpə uşaqların öz dilini bilməməsi doğrudan da çox pisdir, bu, hamımızı ciddi narahat etməlidir, amma həmin narahatlığı Hafiz kimi ifadə etmək də əsla və qətiyyən olmaz!!! Heç onun özü də yazdığı kimi düşünmür, reallıqda çox həssas bir insandır. AzVision-da xeyli rusdilli şəxs çalışır, onlara hamımız sevgi və sayğı ilə yanaşırıq. Mən özüm indidən yaş yarımlıq qızımın yanında rusca danışıram, onu rus bağçasına qoymağı planlaşdırıram. Çox xahiş edirəm, Hafizin yazdığını bir anlaşılmazlıq kimi qəbul edin. Mən həm onun, həm də özümün, lazımdırsa, bütün kollektivin adından üzr istəyirəm və xahiş edirəm ki, bu mənasız anlaşılmazlığı unudasınız, kampaniyaya çevirməyəsiniz. Çünki olmayan bir problem haqqında hətta danışmağın belə, mənası yoxdur", - V.Məmmədov bildirmişdi.
Ancaq V.Məmmədovun bu müraciəti də müzakirələrin bitməsinə gətirib çıxarmamışdı. Sonda baş redaktor qəti qərar verməyə məcbur olub.
1 / 1