Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Yol polisi biləndə ki, "Qarabağ"ın oyunçusuyam... - Jezniçak

 

 

 

 

 

Polşa Liqasına qayıtmağı düşünmürəm. Əgər həyat məni məcbur etməsə, ölkə xaricində oynamağa üstünlük verəcəm. Xaricdə çıxış etmək bizim cəhənnəmdən yaxşıdır

 

       YENİXEBER.ORG: Bu sözləri "Qarabağ"ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına deyib.

31 yaşlı müdafiəçi Azərbaycanda ona rahat olduğunu deyib: "Azərbaycan istirahət edirəm. İnsanlar bizə daha çox hörmət edirlər. Hətta sosial şəbəkələrdə azarkeşlərlə sıx ünsiyyətimə görə mənə mükafat kimi hədiyyə də təqdim olundu. Polşada isə yalnız məşq etməli və internetdən uzaq durmalı olurduq”.

Jezniçak “Qarabağ”a keçməklə düzgün qərar verdiyini bildirib: "İnsan bir yerdə həddən artıq çox qalanda monoton olur. Burada daha rahat oynayıram".

O, Ağdam klubuna pula görə transfer olunduğu ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib: "Polşadan Azərbaycana getməyim ölkəmdə təəccüblə qarşılandı. Amma mən nə etdiyimi bilirdim. "Qarabağ" Çempionlar Liqasına yüksəldi, "Legiya" isə Avroliqanın qrup mərhələsinə adını yazdıra bilmədi".

Jezniçak Azərbaycan çempionatının oyunlarında stadionun boş olduğunu xatırladıb: "Avrokubok oyunlarında isə stadion səs-küydən dağılır. Ancaq ölkə çempionatının matçlarına bunu şamil etmək olmaz. Restoranlarda belə insanlar ancaq Çempionlar Liqasındakı oyunlarımız barədə məndən soruşurdular".

Polşalı futbolçu Bakıda sürətli maşın idarə etdiyi üçün yol polisinin onu saxladığını, “Qarabağ”ın oyunçusu olduğunu deyəndən sonra isə buraxdığını söyləyib: “Prezident İlham Əliyevlə görüşə getməzdən öncə isə dostlarımdan biri mənə dedi ki, görüşdə ölkə başçısı ilə foto çəkdir. Həmin fotonu pulqabına qoy. Əgər yol polisi səni saxlasa, onlara göstər. Səni o dəqiqə buraxacaqlar"

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam