Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qanunsuz kömür istehsalının qarşısı alındı

Qanunsuz kömür istehsalının qarşısı alındı

 

Oğuz rayonunda qanunsuz kömür istehsalının qarşısı alınıb

 

Yenixeber.org: Bu barədə DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Oğuzda qanunsuz ağackəsmə, eləcə də, kustar üsulla kömür hazırlayıb, ekologiyaya, təbiətə zərər vurulması hallarına qarşı tədbirlər davam etdirilir. Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı cari ilin on ayı ərzində Oğuz RPŞ-nin əməkdaşları tərəfindən bir sıra tədbirlər görülüb, bu istiqamətdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 66 protokol tərtib olunub.

Onlardan 12-si meşəqırma fondundan istifadə, oduncağın tədarük edilib daşınması qaydasının pozulması, müvafiq icazə olmadan ağacların və kolların kəsilməsi, məhv edilməsi və zədələnməsi, 5-i meşə fonduna aid olmayan ağac və kolların kəsilməsi və ya məhv edilməsi, 49-u isə meşə fondu torpaqlarının münbit qatının korlanması barədə olub.

Noyabrın 20-də keçirilən növbəti belə tədbirlər nəticəsində isə qanunsuz olaraq kustar üsulla kömür istehsalı ilə məşğul olan 15 rayon sakininə qarşı inzibati qaydada protokollar tərtib olunub, həmin quyuların üstü örtülərək istifadəsinə qadağa qoyulub.

Eləcə də, Oğuz rayon Polis Şöbəsi tərəfindən CM-nin qanunsuz ağackəsmə maddəsi ilə 2 cinayət faktı qeydə alınaraq araşdırma aparılıb və baxılması üçün məhkəməyə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam