Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qanunsuz ov edənlər məsuliyyətə cəlb edilib

Qanunsuz ov edənlər məsuliyyətə cəlb edilib

 

 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir

 

Yenixeber.org: Bu barədə DİN Mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Xəzər, respublikanın Sumqayıt, Şəki, Cəlilabad, Biləsuvar, Ağcabədi, Qaradağ, Neftçala, Hacıqabul şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının pozulması), 590-cı (mülki silahın və döyüş sursatının saxlanılması və daşınması qaydalarının pozulması) və 230-cu (heyvanlar aləmi obyektindən özbaşına istifadə edilməsi) maddələrinin tələblərini pozmuş 13 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən 7 ədəd ov silahı götürülüb.

Xatırladaq ki, ümumilikdə, 2017-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmuş 126 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərə tətbiq edilən cərimələrin məbləği 9850 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam