Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Baş prokuror təcavüzə uğradığını deyən məmur qadının işini nəzarətə götürdü

Baş prokuror təcavüzə uğradığını deyən məmur qadının işini nəzarətə götürdü

 

Baş prokurorun birinci müavini Rüstəm Usubov noyabrın 7-də Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsində Kommersiya sektorunun müdiri vəzifəsində işləyən şəhər sakini Gülnar Günəşlini müraciəti ilə bağlı qəbul edib

 

Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Gülnar Günəşli - Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsində Kommersiya sektorunun müdiri
Gülnar Günəşli - Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsində Kommersiya sektorunun müdiri

O bildirib ki, Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayev tərəfindən ləyaqətinin mütəmadi olaraq alçaldılması, hədələnməsi və ona qarşı yol verilmiş digər qanun pozuntuları ilə bağlı şikayətçinin göstərdiyi xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması və qanunamüvafiq qərarın qəbul edilməsi üçün Gəncə Şəhər Prokurorluğuna müvafiq tapşırıqlar verilib.

E.Sultanov həmçinin bildirib ki, Gülnar Günəşlinin müraciəti üzrə araşdırma Baş prokuror Zakir Qaralov tərəfindən xüsusi nəzarətə götürülüb.

Xatırladaq ki, Gəncədəki müəssisələrdən birinin 27 yaşlı xanım məmuru Gülnarə Günəşli özünə qəsd etməyə cəhd göstərib. Buna səbəb Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məharət Mustafayevin ona qarşı cinsi təcavüz hesab olunan addımlar atması olub. 58 yaşlı arvadbazın təklifini rədd edən xanım tezliklə işsiz qalıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam