Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

"Prezidentin əmrini gözləyirəm"

 

Qazaxın müharibə veteranları yığıldı

 

 "Xeberinfo.com": Bu gün Qazax rayonunun müharibə veteranları səhər saatlarında şəhər mərkəzində yığılıb Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin şərəfinə qoyulmuş abidənin önünə tər güllər düzüblər. Onlar cəbhə bölgəsində gedən döyüşləri nəzərə alıb bir yerdə olduqlarını, cəbhədəki döyüşlərdə öz təcrübələrini bölüşməyə, son damla qanlarına kimi vuruşmağa hər zaman hazır olduqlarını nümayiş etdiriblər.
Qarabağ müharibəsi veteranı Eldar Paşayev bildirib ki, döyüşməyə hazırdır.
"Bu gün bizim burda öz kiçik kollektivimizlə toplaşmaqda məqsəd - qəlbimizdən keçən istəyimizi bildirməklə dövlətimizin apardığı bu siyasətə, ordumuzun bu günki vəziyyyətinə dayaq, dəstək olmaqdır. Biz Ali Baş Komandanın əmrini gözlədiyimizi, hər verilən əmrə hazır olduğumuzu bldiririk. Torpaqlarımızın düşmən tapdağından azad olunması vaxtıdır. Biz də səngər görmüş, döyüş görmüş köhnə hərbçilər kimi əmrə hazırıq."
Veteran İbrahim Qurbanov da onun dediklərini təsdiqləyib.  O bildirib ki, bu gün Azərbaycan ədalətsiz bir müharibəyə cəlb olunub.
"Azərbaycan 26 ildir, beynəlxalq təşkilatların guya ki, köməkliyi ilə Qarabağ məsələsininin həll edilməsini gözləryir. Bu 26 ildə Azərbaycana hansı dəstəyi veriblər? Əlbəttə, heç bir dəstəyi. Yalnız imitasiya ediblər, görüntü yaradıblar. Guya hansısa bir işlər tədbirlər görülür. Amma yalnız məqsəd bu olub ki, Azərbaycana, Azərbaycan hakimiyyətinə təzyiqlər etsinlər ki, bizlər öz torpaqlarımızdan çıxaq. Və bizim güclü ordumuz var, biz bu cür oyunlara getməyəcəyik. Səfərbərlik elan ediləcəyiq təqdirdə son damla qanımıza kimi döyüşəcəyik.."
Müxbirimizin "Siz yaşınızın bu vaxtında doğrudanmı döyüşmək istəyirsiniz" sualına " Bəs kişi hara gedər, əlbəttə ki, müharibəyə... Biz toxtamış, həyatın hər üzün görmüş adamlarıq, əlbəttə, hazırıq", - deyib.
Əfqanıstan Veteranları İctimai birliyinin sədri Aşurov Nüsrət də hər bir tapşırığa hazır olduğunu deyib. Lazım gəlsə silah götürüb ən ön cəbhədə vuruşacağını deyib.
Müharibə əlili, 72 yaşlı İbrahimov Aslan baba torpaqlarımızın müharibə yolu ilə qaytarılmasının şərt olduğunu, özünün də döyüşəcəyini bildirib.
"Qarabağ müharibəsi əliliyəm. Bir oğlum var, onunla bərabər bu dəqiqə cəbhəyə getməyə hazıram. Vətənimi, torpağımı mən erməni faşistlərindən qurtarmaq istəyirəm. Prezidentin fərmanını gözləyirəm."
Hikmət Carçılı Orhun, Qazax


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam