Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Qarabağ uğrunda şəhid olmaq istəyən deputatlar

 

     "xeberinfo.com": Deputat, Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev öz facebook hesabında Azərbaycanın 24 saat ərzində işğal altındakı torpaqlarını azad etmək gücündə olduğunu yazıb.  Deputat həmçinin Qarabağ uğrunda şəhid olmağa hazır olduğunu bəyan edib:
   “Mən vətənimin hər guşəsini sevirəm və vətənim üçün şəhid olmağa hazıram. Hər dəfə Allaha dua edirəm ki, məni vətən və torpaqlarımız uğrunda şəhid etsin. İnanın ki, boğazdan yuxarı danışmıram, bu fikirləri tam səmimiyyətimlə deyirəm... Əminəm ki, ölkəmizin gələcəyi üçün bu addımları ata biləcək insanlar çoxdur. Günü-gündən də çoxalır. Bu gün prezidentimizin arxasınca gedənlərin böyük əksəriyyəti sağlam gənclərdən ibarətdir və həmin gənclər Ali Baş Komandanın əmrini gözləyir. Tanrı bizə belə şərəfli ölüm qismət eləsin. AMİN!”
     
Maraqlıdır, digər deputatlarımız da müharibə başlanarsa Qarabağda vuruşmağa, vətən uğrunda ölməyə hazırdırmı?
   
     Bu suala bir neçə deputatın cavabı
    Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə artıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini dedi: “Qarabağ uğrunda döyüşmüşəm. Mən şərt formasında danışmağı sevmirəm. Yəni müharibə gedəndə İqbal Ağazadə döyüşürdü. Təkrarən müharibə başlayarsa, nə olacağını indidən deyə bilmərəm. Amma bir şeyi dəqiq deyə bilərəm ki, o vaxt müharibə gedirdi, həmin vaxt da mən Qarabağ uğrunda döyüşmüşəm. Nə vaxt nə olacaq və mən onda hansı qərarı verəcəm, bu, zamana bağlıdır”.
     
      AVP sədri, deputat Fəzail Ağamalı isə bildirdi ki, hər bir ölkə vətəndaşı torpaq uğrunda ölməyə hazır olmalıdır: “Hər bir Azərbaycan vətəndaşı torpaq uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmasını özünün ən böyük şərəfli işi hesab etməlidir. Bundan böyük ucalıq ola bilməz”.
     
    Deputat Zahid Oruc isə bunun mənəvi bir məsələ olduğunu dedi: “Hər kəs vətənin müdafiəsini əli silahlı qaydada həyata keçirmək üçün hazır olmalıdır. Bu tarixən də belə olub. Orada xüsusi rütbələr xeyli dərəcədə şərti xarakter daşıyır. Müharibənin öz qanunları var. Müharibədə hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməli olur. Doğrudan da vətənin müdafiəsi tələb edilirsə, siyasətçi də, millət vəkili də, digər dövlət yetkilisi də bilavasitə döyüş əməliyyatlarına qatılmalıdır. Bu mənim tərəfimdən də birmənalı qəbul olunacaq bir işdir. Lakin çox arzulayardım ki, bu məsələnin ikinci bir kontekstinə də önəm verilsin. Mən bunu hörmətli həmkarıma reaksiya olaraq söyləmirəm. Bəzən müharibəyə çeçenlər kimi yanaşmaqla problem həllini tapmır. Bu, sanki genosidə uğrama nəzəriyyəsinə kömək edir. Daha artıq dərəcədə ölkənin səngərdən hərbi qanunlarla idarə edilməsi bir çox hallarda qələbə doğurmur. Yəni Sezarcasına problem həll olunmur. Şeyx Şamilin özünün də acı təcrübəsi ortadadır. Hər kəsin öz yerində peşəkarlıqla çalışması ilə, ordu üçün lazım olan bütün vəzifələri yerinə yetirməklə, silahlı qüvvələri daha yüksək səviyyədə formalaşdırmaqla biz torpaqlarımızı azad edə bilərik. Kim düşünürsə ki, bizim ilk Qarabağ müharibəsində məğlub olmağımızın səbəbi vuruşmamaq olub, bu yanlış fikirdir. Bizim 94 min müharibə veteranımız, 20 min şəhidimiz, 11 minə yaxın əlilimiz var. 140 minə yaxın insan vuruşub, amma ortada məğlubiyyət faktı var. 9 milyon insan da vuruşsaydı, nəticə dəyişməyə bilərdi. Çünki bu məsələ lokal müstəvidə savaş aparmaqla yekunlaşmır. Müharibənin miqyası genişləndikcə, düşmənlər daha da güclənib artacaqdı. Yəni məsələyə həddindən artıq eyforik yanaşıb qiymət vermək də çox yanlış olardı. 90-cı illərdə də bu fikir hakim idi. Hər kəsi cəbhə bölgəsinə göndərmək mövqeyinin ağrılarını biz yaşamışıq. Ona görə biz ordu işini də, ərazi bütövlüyünün müdafiəsini də sırf peşəkar əsaslarla qurmalıyıq. İnsanları ət maşınının ağzına verməklə, canlı divar qurmaqla problem həll olunmur”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam