Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Masallıda faşizm üzərində Qələbənin 73 illiyi qeyd edildi

 9 may 2018-ci il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda faşizm üzərində Qələbənin 73 illiyi münasibəti ilə tədbir keçirilmişdir

Yenixeber.org: Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq mühafizə orqanları rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri yüzlərlə rayon sakini ilə birgə İkinci Dünya Müharibəsində həlak olmuş Masallıların xatirəsinə ucaldılan abidə-kompleksinin önünə tər gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov  müharibə veteranları Vətən uğrunda, torpaqlarımızın bütövlüyü naminə həlak olanların abidəsi önünə təzə-tər çiçəklər düzür, xatirələrinə ehtiram göstərirlər.
Masallı RİHB cənab Rafil Hüseynov veteranları qələbənin 73-cü ildönümü münasibətilə təbrik edir, onlara cansağlığı arzulayıb bildirir ki, bu gün veteranlara böyük dövlət qayğısı var. Müharibə iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik yardım edilməsi ilə əlaqədar cənab Prezidentimiz   İlham Əliyevin Sərəncamı bu qayğının təzahürüdür.
Sözçü demişdir ki, Siz tarix yaratdınız. Həmişə cəbhədə olmusunuz və bu gün də cəbhədə hesab olunursunuz.
Qarabağda ermənilərə qarşı vuruşan gənclərimizə arxa-dayaq, mənəvi dəstək olmanız onları qələbəyə ruhlandırırdı.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi polkovnik-leytenant Fəxzrəddin Mirzəliyev və başqaları 73 il əvvəl alman faşizmi üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən danışmış, ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.
Veteranlar bu gün də Azərbaycanın igid oğullarının düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə daim hazır olduqlarını diqqətə çatdırıblar.
Əlihüseyn Şükürov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam