Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Cümhuriyyətə işıq saçan qadınlar– Müsabiqə

Cümhuriyyətə işıq saçan qadınlar

 

 

 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsis etdiyi “İşıq-qadın” jurnalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsi elan edir

 

Yenixeber.org: Cümhuriyyətin 100 illik yubileyinin ölkə səviyyəsində keçirilməsi haqqında İlham Əliyevin sərəncamına əsasən təşkil edilən bu müsabiqə cümhuriyyətin quruluşunda rolu olan qadınların həyat və fəaliyyətini işıqlandırmaq, arxiv materialları əsasında onları tanıtmaq məqsədi daşıyır.

Təqdim ediləcək yazılar aşağıdakı mövzuları əhatə etməlidir:

1) Cümhuriyyətə qədərki yaxın dövrdə Azərbaycan qadınlarının fəaliyyəti:

- Qız məktəbləri

- Qadın xeyriyyə cəmiyyətləri

- Qadın mətbuatı (“İşıq” qəzeti və qəzetin ətrafındakı ziyalı qadınlar)

2) Cümhuriyyət dövrü:

- Konkret faktlar əsasında ictimai fəaliyyətdə, dövlət müəssisələrində, siyasət təhsil, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində aktiv qadınlar

3) Cümhuriyyətin süqutundan sonra:

- Repressiya dövründə təqiblərə, həbslərə, sürgünlərə məruz qalan Azərbaycan qadınlarının həyat və fəaliyyəti

Müsabiqəyə təqdim edilən yazılar əvvəllər eynilə heç bir yerdə nəşr edilməməlidir.

Araşdırma-yazılar “Microsoft Word” proqramında yığılmalı, 14 ölçülü “Times New Roman” şrifti ilə, 3-5 A4 səhifəsi həcmində olmalıdır.

Müsabiqədə iştirak edən şəxslər yazıdan əlavə, özləri haqqında qısa məlumat, e-ünvan və əlaqə nömrələrini də təqdim etmələri tələb olunur.

Yazıların son təqdim edilmə tarixi: 31 Dekabr 2017-ci il.

Yazılarınızı info@isiqqadin.az e-ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə nömrələri: +99412 433 22 96/97, +99450 722 33 34

Qeyd edək ki, yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilməsi tam anonim şəkildə aparılacaq və ilk 3 yeri tutanlar AQUPDK və “İşıq-qadın” jurnalının təsisçisi MİMTA Fondu tərəfindən pul mükafatı ilə mükafatlandırılacaq. Bundan əlavə, müsabiqəyə qəbulu təsdiq edilən bütün yazıların müəlliflərinə müvafiq hədiyyələr təqdim ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam