Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Ərdoğandan Bakıya Qarabağ şantajı

 

Bakı-Ankara münasibətlərinə qəfil “U” dönüşü təhdidi; Rusiyanın regionda yeni müharibə planlarını Qərbin pozmaq istəyi ABŞ-ın müəllifi olduğu yeni “Yol xəritəsi”ni aktual edib; AKP namizədinin seçkilərdə qələbəsi okeanın o tayında neçə vaxtdır hazırlanan layihəyə nəfəs verə, sərhədlərin açılması tezləşə bilər; Sürix protokollarının gündəmə qayıdacağı gün uzaqda deyil...

  "Xeberinfo.com": Ötən həftə Türkiyə qəzetlərindən birində sensasiyalı sayıla biləcək bir məlumat keçdi. Yazıda baş nazir Rəcəb Tayyib Ərdoğanın sentyabrda Ermənistanla sərhədləri açmaq göstərişi verdiyi bildirilirdi. Türkiyə Xarici İşlər Nazirliyi məlumatı dərhal təkzib eləsə də, iki gün öncə mövzu yenidən, daha qalmaqallı formada gündəmə gəlib.

Belə ki, Türkiyənin millət vəkillərindən olan İdris Bal parlamentdə düzənlədiyi mətbuat konfransında AKP iqtidarını Azərbaycanı ermənilərlə şantaj etməkdə suçlayıb. Onun iddiasına görə, Ərdoğan Azərbaycanda Gülən məktəblərini qapatmaq uçun Bakını yolverilməz və ağlasığmaz bir üsulla təhdid edib - həmin məktəblərin bağlanmasından ötrü rəsmi Bakı Türkiyəyə qoyulmuş yatırımlarla, ən əsası, ermənilərlə təhdid olunub. Bal iddia edib ki, AKP-nin təhdidi “məktəblər qapanmasa sərhədlər açılacaq və ermənilərlə münasibətlər normallaşdırılacaq” şəklində olub.

Əlbəttə ki, dəqiqini Ərdoğan və onun azərbaycanlı həmkarı bilər, ancaq od yanmasa, tüstü çıxmır. Son vaxtlar isə “tüstü” nədənsə tez-tez görünməyə başlayıb. Məsələn, Türkiyə dövlətçiliyi tarixində ilk dəfə olaraq Ərdoğanın timsalında baş nazirin uydurma soyqırımla bağlı erməni xalqına başsağlığı verməsi, bu reveransdan az sonra Ermənistan prezidenti Sərkisyanın Türkiyənin yeni seçiləcək prezidentini (qalibin Ərdoğan olacağı ehtimalı böyükdür) saxta “genosidin” 100-cü ildönümü tədbirlərinə İrəvana dəvət eləməsi bu qəbildəndir. 

Bir sıra təhlilçilər iki qarşılıqlı jesti eyni zəncirin həlqələri kimi qavrayır və güman edirlər ki, ortada Vaşinqtonun iradəsi və okeanın o tayında hazırlanan bir proje, gizli anlaşma var. İddiaya görə, ABŞ-ın Güney Qafqazla bağlı çoxdan hazırlamaq istədiyi çoxşaxəli layihə Ermənistanı, Azərbaycanı və Türkiyəni də öz yanına almağı, bölgədə Rusiya təsirini minimuma endirməyi hədəf götürüb. Təbii ki, projedə, yaxud yeni “Yol xəritəsi”ndə Ankara aparıcı və açar statusdadır. 

Belə bir plan qonşularla “sıfır problemi” kursunu götürmüş Türkiyənin strateji maraqlarına əslində cavab verir. Aydın məsələdir ki, normal dövlətlər üçün daimi düşmən anlayışı olmur, daimi maraqlar olur. Türkiyə isə bölgədə təhlükəsizlik və demokratiya ilə bağlı xüsusi missiyası olan böyük regional oyunçudur. Qərblə Rusiya arasında münasibətlərin böhrana girməsi fonunda bu rol indi ikiqat əhəmiyyətli görünür. 
Məsələ də ondadır ki, Krımın Rusiyaya ilhaqından sonra Güney Qafqazın Qərb üçün önəmi xeyli artıb. Avrasiya Birliyi layihəsini reallaşdırmaq üçün Moskva istənilən varianta, o sırada Ermənistanın əli ilə Qarabağda yeni müharibəni qızışdırmağa kimi gedə bilər ki, bu da ilk növbədə Amerika və Avropanın regiondakı energetik və təhlükəsizlik maraqlarına, yeni energetik planlarına ciddi zərbə olardı. 

Qərb siyasi-diplomatik, ekspert dairələrində anlayırlar ki, Moskvanın bu planlarını məhz Türkiyə sayəsində, daha doğrusu, Ankara-İrəvan münasibətlərini qismən qaydaya salmaq və sərhədləri açmaq hesabına pozmaq olar. Ancaq Amerikada, Avropada bunun asan məsələ olmadığının da fərqindədirlər - Azərbaycan, Qarabağ problemi var çünki. 
Bu xüsusda son zamanlar Bakını məmnun eləmək üçün Minsk Qrupunun amerikalı həmsədr səviyyəsində 7 rayon məsələsinin davamlı şəkildə gündəmə gətirilməsi, İlham Əliyev və Serj Sərkisyanın Paris görüşünün təşkilinə yönəlik israrlı səylər təsadüfə oxşamır. Belə diplomatik-siyasi fəallıq yeni “Yol xəritəsi”nin ruhuna tam uyğundur. Sürix protokollarının arxivə verilmədiyi də gözardı edilməməlidir. 

İlk baxışda “Yol xəritəsi” tərəflər üçün məqbul görünür və hərə öz dividentini götürür: Ermənistan Rusiyanın təhdidlərindən qismən uzaqlaşır və öz təhlükəsizliyinə Türkiyə vasitəsilə Qərbin qarantını təmin eləmiş olur, ən əsası, müharibə üçün Kremlin əlində alət olmaq riskindən uzaqlaşır. Yeri gəlmişkən, son vaxtlar erməni tərəfdən tez-tez belə fikirlər səslənir ki, rəsmi İrəvan Rusiya ilə müttəfiqliyə daha etibar edə bilməz, nədən ki, Kreml günün birində Ermənistanı satacaq, o üzdən özü üçün yeni təhlükəsizlik sistemi tapmaq barədə düşünməlidir. 

Türkiyəyə gəlincə, “Yol xəritəsi”nin həyata vəsiqə alması ilə Ankara regionda yeni söz sahibliyi qazanır, qardaş ölkənin Ermənistana təsir imkanları artır; Ankara ilə Qərb arasında 17 dekabr rüşvət əməliyyatı da səbəb olmaqla sərinləmiş münasibətlər qaydaya düşür (Ərdoğan 3 aydır Ağ Evlə, Obama ilə telefon əlaqəsi qura bilmir), Türkiyənin Avropa Birliyinə yolu asanlaşır; nəhayət, Ankara qondarma soyqırımın 100 illiyə ilə bağlı gözlənilən güclü beynəlxalq pressinqi özündən uzaqlaşdırmış olur.

Bu və başqa amillər belə bir ehtiyatlı qənaəti diktə edir ki, qardaş ölkədə gələn ay keçirilən prezident seçkilərinin nəticələri üzü payıza doğru həqiqətən bölgədə keyfiyyətcə yeni qarşılıqlı münasibətlər sisteminə vəsilə ola bilər. Konfliktdə olan ölkələr üçün Amerikanın patronajlığı altında təzə dönəmin başlayacağı istisna deyil. 

Bəs bu dönəm konkret olaraq Bakı-Ankara əlaqələrində “U” dönüşünə gətirə, iki qardaş ölkənin münasibətlərini zədələyə bilərmi? Yəqin ki, sualın cavabı tərəflərin ən ağrılı məsələlərdə nə dərəcədə sinxron və çevik hərəkət eləmək bacarığından asılı olacaq. Bir şey dəqiqdir ki, millət vəkili Balın da təsdiqlədiyi kimi, Ərdoğan hökumətinin Azərbaycan iqtidarına iki çox mühüm təsir rıçaqı var: azərbaycanlı oliqarxların Türkiyədəki böyük biznesi (yatırımı) və Qarabağ (sərhəd) məsələsi... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam