Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyə XİN-i “sentyabrda sərhədlər açılacaq” deyənlərə cavab verdi

 

"Türkiyə ilə Ermənistan arasında yerləşən “Alican” sərhəd-keçid məntəqəsinin açılacağı barədə bir sıra media orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir”.
 
  "Xeberinfo.com": Publika.az-a açıqlamasında bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tanju Bilgiç Türkiyə və Ermənistan sərhədində yerləşən “Alican” sərhəd-keçid məntəqəsinin yaxın vaxtlarda açılacağı barədə səslənən iddiaları şərh edərkən deyib.
 
Türkiyə-Ermənistan sərhədlərinin 1993-cü ildə bağlandığını xatırladan T.Bilgiç bunun səbəbini də dilə gətirib: “Azərbaycan torpaqları işğal edildiyi üçün Türkiyə Ermənistanla sərhədləri bağlayıb. Sərhədlərin açılması isə yalnız və yalnız Ermənistanın işğala son qoymasından sonra mümkün ola bilər. Ermənistan həmçinin qonşu dövlətlərlə problemlərini həll etməlidir”.
 
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin “Taraf” qəzeti baş nazir Rəcəb Tayyib Ərdoğanın “Alican” sərhəd qapısının açılması üçün təlimat verdiyini bildirmişdi. Məlumata görə, “Alican” sərhəd qapısına qədər olan 7 kilometr yol  asfaltlanaraq hazır vəziyyətə gətirilib. Həmçinin gömrük cihazlarının quraşdırılması işinin tamamlanmaq üzrə olduğu deyilir.
 
“Alican” sərhəd qapısının açılması tələbini ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2009-cu ildə Ankara səfərində dilə gətirmişdi.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam