Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Türkiyənin yeni baş naziri Binəli Yıldırım ola bilər

 

AKP-nin prezidentliyə namizədi məlum olduqdan sonra, siyasi dairələrdə Ərdoğan seçiləcəyi təqdirdə kimin yeni baş nazir olacağı məsələsi dartışılır.
"Xeberinfo.com": Məlumata görə, baş nazir postu üçün AKP-də keçmiş nəqliyyat naziri Binəli Yıldırımın adı keçir. 
Siyasi partiyalar qanununda edilən dəyişiklikdən sonra baş nazir və partiya başqanı fərqli şəxslər ola bilər. Lakin AKP-də bunun həyata keçirilməsi gözlənilən deyil. 
AKP başqanı ilə baş nazirin eyni şəxs olması gözlənilir. 
Baş nazir Ərdoğan partiya nümayəndələrinə qəti şəkildə "Üç müddətə seçilmək qanunu dəyişməyəcək. Ara və yaxud vaxtından əvvəl seçkilərə gedilməyəcək" deyib. 
AKP-də Ərdoğandan sonra baş nazirlik vəzifəsi üçün Bülənt Arınç, Əli Babacan, Binəli Yıldırım, Mehmet Əli Şahin və Əhməd Davudoğlunun adı keçir. Ən şanslının isə Ərdoğanın üstünlük verdiyi Binəli Yıldırım olduğu bildirilir. 
AKP kulislərində iddia edilir ki, Abdullah Gül aktiv siyasətə qayıdarsa üstünlük məhz ona veriləcək. Lakin baş nazir millət vəkili də olmalıdır. Və Gül parlamentə seçilərsə AKP başqanı və baş nazir ola bilər. 
Bunun üçün vaxtından əvvəl seçkilərə getmək lazımdır.  Bunun olmayacağını Ərdoğan bəyan edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam