Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Masallıda məmur oğlu həbs olundu

 

 

    Sədi Əbilova polisə müqavimət göstərdiyinə görə 15 sutka verilib

 

"Xeberinfo.com": Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbilovun oğlu polisə müqavimətə görə, Masallı rayon Məhkəməsinin qərarı ilə 15 sutkalıq həbs olunub. 
Rayon sakinlərinin musavat.com-a verdiyi məlumata görə, Sədi Əbilov rayon daxilində özünə məxsus "Niva" markalı maşından nömrəsiz və kustar üsulla hazırlanmış pərdə ilə istifadə edirmiş. 
Bu zaman Masallı DYP-i əməkdaşları tərəfindən saxlanılan məmur oğlu bu dəfə də polisə tabe olmaq istəməyib. Polisə müqavimət göstərməyinə baxmayaraq, onun idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb və barəsində tədbir görülüb. 
Rayon sakininin verdiyi məlumata görə, bu hadisə rayon ictimaiyyəti tərəfindən alqışla qarşılanıb. Çünki rayonda belə qudurğan məmur övladlarının zərərsizləşdirilməsi nadir hallardan biridir və bu da sakinlər tərəfindən müsbət hal kimi qiymətləndirilir. 
Rayon sakinlərinin verdiyi məlumata görə, Sədi Əbilovun belə bir hərəkət etməsinə səbəb atasının vəzifədə olmasıdır. Məlumat üçün bildirək ki, Sədi Əbilov bir müddət öncə Masallı rayon İşıq İdarəsinin rəisi vəzifəsində çalışıb. Və dövlət əmlakını küllü miqdarda mənimsədiyinə görə vəzifəsindən uzaqlaşdırılıb. 
Lakin tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra atasının vəzifədə olması Sədi Əbilovun həbs olunmasını mümkün etməyib. Masallı rayon Polis İdarəsindən məlumatı dəqiqləşdirmək mümkün olmadı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam