Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bakıda temperatur normadan bir neçə dərəcə yüksəkdir(HƏYƏCAN)

Bakıda temperatur normadan bir neçə dərəcə yüksəkdir

 

Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, avqustun 8-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub.

G. Məmmədova deyib ki, bu gün də havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir: “Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal proseslər müşahidə olunmur. Bu günə kimi temperaturla bağlı rekord yenilənməyib. 2015-2016-cı illərdə də belə isti hava şəraiti qeydə alınıb və Bakı və Abşeron yarımadasında temperatur 40-41 dərəcə olub. Bu gün paytaxtda havanın temperaturunun 35-40°, bəzi yerlərdə 42°, bölgələrdə 35-40°, Naxçıvan və Mərkəzi Aran rayonlarının bəzi ərazilərində 42-43, dağlıq ərazilərdə 30-34° isti olacağı gözlənilir. Əgər bu gün Bakı və Abşeronda 42 dərəcə temperatur qeydə alınarsa, o zaman rekord yenilənə bilər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam