Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakıda hava iqlim normasından yüksəkdir

Bakıda hava iqlim normasından yüksəkdir

 

Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir

 

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, son bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasına yaxın və iqlim normasından 2-3 dərəcə yüksək olub.

G.Məmmədova əlavə edib ki, hazırda Bakıda və Abşeron yarımadasında 15-18, Mərkəzi Aran rayonlarında 15-20, dağlıq ərazilərdə 8-13 dərəcə isti müşahidə edilir.

Yaxın 2 gün ərzində temperaturda dəyişikliklərin müşahidə edilməyəcəyini deyən G.Məmmədova son günlər ərzində və hazırda müşahidə edilən hava şəraitinin noyabr ayı üçün xarakterik olduğunu nəzərə çatdırıb.

Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda payız fəslinin indiyədək olan dövrü ərzində müşahidə edilən hava şəraiti fəsil üçün xarakterik olub: “Ümumilikdə payızda hava şəraitinin tez-tez dəyişməsi, tutqun və buludlu günlərin sayının üstünlüyü müşahidə edilir. Yalnız son 2 ilin məlumatlarına baxsaq görərik ki, noyabrda hazırkından da yüksək temperaturun qeydə alındığı vaxtlar olub”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam