Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

General plaza tikdirir

 

Bəziləri açıq-aşkar öz biznes imperiyalarını nümkyiş etdirsə də, bəziləri bu məsələdə çox ehtiyatla davranırlar. 
"Xeberinfo.com": Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundov da «ehtiyatlı» davrananlardandır. Lakin mətbuatda gedən bir məlumat A.Axundovun da tikinti layihələrinin olduğundan xəbər verir. Yasamal rayonunun ən baxımlı və səfalı yerində – Ovçular Evinin yerində V.Axundov tərəfindən yeni göydələnin tikilməsinə dair məlumat yayılmışdır. 
Artıq «Ovçu»ların bir hissəsi tikinti üçün hazırlanıb, sahə hasara alınıb. Yaxın vaxtlarda əsas binanın söküləcəyi gözlənilir. Yeni tikiləcək bina şərti olaraq «Ovçu-Plaza» adlandırılır. PİA.AZ-a daxil olan xəbərə görə, burada orijinal üslublu, biznes mərkəzi planlaşdırılır. Ona görə də bu, sıradan bir tikinti deyil, xüsusilə özəl bir layihədir, demək olar ki, şəxsi bir işdir. 
Məlumata görə, yeni obyektin ideya müəllifi «Azərovçu» Cəmiyyətinin sədri Fizuli Əşrəfovdur. Uzun müddət bu Cəmiyyətə rəhbərlik edən F.Əşrəfov general V.Axundova yaxın adamdır. F.Əşrəfovun məhz generalın himayəsi ilə bu vəzifəyə gətirildiyi və neçə illər ərzində «Ovçular Evi»ndə gözü olan məmurlara duruş gətirdiyi bildirilir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə «Azərovçu» Cəmiyyəti arasında ciddi qarşıdurma olduğu hər kəsə məlumdur. Bu ilin qış aylarında Nazirliyin rəsmiləri Cəmiyyətin rəhbərliyinə qarşı mətbuatda ağır ittihamlar səsləndirərək, F.Əşrəfovu ovçuluq təsərrüfatlarını biznes maraqlarına istifadə etməkdə suçlamışdı. «Azərovçu» rəhbərliyi də Nazirliyin ittihamlarını cavabsız qoymadı, quş ovuna qadağanın ləğv edilməməsində Nazirliyin özəl maraqları olduğunu iddia etdi. Lakin çox keçmədi, qarşılıqlı ittihamlar birdən qızışdığı kimi də, birdən sakitləşdi. 
Məlumata görə, qalmaqalın səngiməsinə təsir edən general V.Axundovun adı olub, məhz onun adı ilə bağlı olan Cəmiyyətə Nazirlik rəsmilərinin hücumlarının qarşısı alına bilərdi. F.Əşrəfova «dilini farağat saxlamaq» tapşırılıb. F.Əşrəfov isə bu vəziyyətdən nəticə çıxarmaq qərarına gəlib, belə hücumların nəhayətdə onun Cəmiyyətini dağıdacağından narahatlığını general dostuna açıq bildirib. Bununla da o, «Azərovçu»nun taleyini birdəfəlik həll etmək barədə düşünüb.
 F.Əşrəfova o da məlum olub ki, Cəmiyyətin Mətbuat prospektindəki binasının yerləşdiyi torpaq sahəsi çoxlarının «diqqət mərkəzindəymiş». Ona görə də F.Əşrəfovun təşəbbüsü ilə V.Axundov tərəfindən «Ovçular Evi»nin yerində eksklüziv layihəli biznes-iş mərkəzinin tikintisinə xeyir-dua alınıb. 
Məlumata görə, V.Axundovun şəxsi layihəsi kimi təqdim edilən yeni tikintiyə artıq Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar da müsbət rəy veriblər. F.Əşrəfov bu işbirliyində böyük güzəştlərə gedib, əsas odur ki, «Azərovçu»nu Nazirlik rəsmilərindən qoruya bilsin. Ona çatdırıblar ki, gec-tez bu obyekti oliqarxlardan birinə təhvil verməli olacaqsan. Belə vəziyyətdə mümkün qədər az ziyanla çıxmaq üçün yeganə ümid yeri köhnə dostu V.Axundovdur.
 Baş ovçu üçün bu variant çox cəlbedici görünür. Ona görə ki, V.Axundov digər oliqarx-məmurlar kimi hər şeyi öz əlinə cəmləyən deyil, insaflı adamdır və dostluğa sədaqətlidir. F.Əşrəfov bir növ obyektin xeyir-duasını bəri başdan dostuna verməklə böyük jest edib. V.Axundov isə dostunun bu jestini yüksək səviyyədə qiymətlləndirəcəyinə, onu özünə tamhüquqlu şərik kimi gördüyünə əminlik verib. Bu qayda ilə yeni «Ovçu Plaza» ideyası artıq reallaşmaq üzrədir. Hələlik söküntü-tikinti işləri zəif getsə də payızda vusət alacağı planlaşdırılır. 20 min üzvü olan «Azərovçu» Cəmiyyətinin taleyinə dair isə hələlik qərar verilməyib.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam