Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Müdafiə naziri hərbi şəhərciklərdə tikinti işlərini yoxlayıb

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.
"Xeberinfo.com":  Məlumata görə, Nazirliyin rəhbərliyi əvvəlcə hərbi şəhərciklərdən birinin ərzisində qısa müddətdə yeni tikilərək istifadəyə verilən müasir tipli qazanxana və geniş sıra meydanı ilə tanış olublar. Burada inşası davam etdirilən yeməkxana, əsgər yataqxanası və başqa inzibati obyektlərdə də işlərin tez bir zamanda sona çatdırılması gözlənilir.
Yeni salınan digər hərbi şəhərciyə baş çəkən Müdafiə naziri ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.
Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də gizirlər üçün yataqxana kompleksi də inşa edilir.
Bu hərbi şəhərciklərdə işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam