Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Salyanda əhali su içində yaşayır

 

Yağış və qar suları evlərə dolub, FHN-in regional idarəsinin rəisi və işçilərini isə gördüm deyən yoxdur

"Xeberinfo.com":  Məlumata görə, ötən ay Muğan zonasına yağan qarın fəsadları hələ də davam edir.Beləki, Neftçala və Salyan rayonlarında (xüsusən də kəndlərdə) qardan sonra yağan yağış suları həyətləri (bağ sahələrini), evlərin zirzəmisini basaraq, ciddi ziyan vurub. JAM.AZ xəbər verir ki, acınacaqlı durum hələ də davam edir.

Rayondan aldığımız məlumata görə, evlərini su basmış sakinlər həyətlərindəki suyu təmizləmək üçün mal-qarasını sataraq, onun pulu ilə maşınlar çağıtdırır. Lakin yığılmış suyun həcminin çoxluğu səbəbindən maşınlarla daşıtdırmaq da bir işə yaramır. Bəziləri isə kiçik həcmli nassoslarla suyu hara vuracaqlarını belə bilmirlər. 

Qeyd edək ki, mövcud fəsadların aradan qaldırılması üçün yetərli qədər imkan və şərait olsa da, səlahiyyət sahiblərinin kabinetlərindən çıxmaması işə əngəl olur. Məsələn, belə vəziyyətlərdə prosesə qoşulmalı olan FHN-in Muğan Regional Mərkəzi fəaliyyətsiz şəkildə müşahidəçi qismində çıxış edir. Mərkəzin rəisi, polkovnik Mehman Axundov və başçılıq etdiyi qurumun nəzdindəki texnikalar isə elə yerindədir. Heç tərpədilmir. 

Sakinlərin JAM.AZ-a verdiyi məlumata görə, Mehman Axundovu idarədə tapmaq olmur. Onun yalnız şəxsi obeyklərində, xüsusən də («Qızıl Gül» restornında) qəbuluna düşmək olar ki, buradada dərdini desən, elə cavab alırsan ki, sanki kiçik dağları bu insan yaradıb. Adı etik davranış qaydaların belə bilməyn birini bu boyda idarəyə rəhbərlik etməsi həqiqətndə təəccüblüdür.

Salyanlılar deyir ki, Mehman Axundov bu işdən əvvəl əmisi, Dövlət mühafizə xidmətinin rəisi, general Vaqif Axundovun tabeliyində çalşıb. Oradan çıximasının səbəbi isə özünü apara bilməməsi, müxtəlif qalmaqallı məsələlərə qarışması, haqqında xeyli sayda şikayətin olması göstərilir. Elə əmisi də buna dözməyib, sonunda onu işdən çıxarıb. Ardından isə Muğan Regional İdarəyə rəis təyin etdirib. 

İddia edilir ki, Mehman Axundovun əsəbi olmasının səbəbi hələ SSRİ dönəmində hərbi qulluq qaydalarını pozduğuna görə, «dizbat»da yatması olub. Buraya bir də iki generala arxalanmağı əlavə etsək, mənzərə tam aydınlaşar. 

JAM.AZ-a danışan rayon sakinləri bildirir ki, bölgədəki iş adamları Mehman Axundovun əlindən bezərək, çar-naçar qalıblar. Bəziləri onun qohum-əqrabasına olan hörmətə sahib səsini çıxarmasa da, bəziləri şikayətçi düşməkdən başqa çıxış yolları qalmayıb. «Bu adam İmişlidə Şəhidlər Xiyabanında aparılan tikinti işləri ilə maraqlanır. Qadağalar qoyur, iş adamlarını divara dirəyir. Bütün bunları anlayırıq. Heç olmasa gözünün qarşısındakı Salyanda su basmış evlərə də baş çəksin? Axı, belə də olmaz. Bu qədər özbaşınalıq harada görsənib? İnsanlar suyun içində əziyyət çəkir, bunları isə heç nə maraqlandırmır». 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam