Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nərimanovda sahibkarlarla görüş -FOTOLAR

Nərimanovda sahibkarlarla görüş -

 

            Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması təşəbbüsünə dəstək.

 

            Yenixeber.org:  Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın 30 may 2017-ci il tarixdə Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı çıxışındakı sahibkarlar və şirkət rəhbərlərinə ünvanlanan çağırışına dəstək məqsədi ilə Nərimanov rayonunda fəaliyyət göstərən sahibkarların ümumi yığıncağı keçirilib.

            Yığıncaqda “Bakı Mexanikləşdirmə-1”, “Armoni” ASC-lərinin, “Rahatlığın Məkanı-Qold”, “Pilot-İnşaat”, “Araz-2011A”, “Evrostroy-S.S”, “Esra”, “ALF-Qrup”, “Çinar-Z”, “Lider-N”, “Dostluq-V”, “Poleks”, “BakuSiti”, “Pilot Holdinq”, “Cavid-2016”, “Xəzər-2016”, “Pearl-Construction”, “İntex”, “Qaranti”, “Memar Qrup”, “RNQ”, “Carbaq” MMC-lərinin, “Şans” və “Alyans” MTK-lərininrəhbərləri və nümayəndələri iştirak edib.

        Nərimanovda sahibkarlarla görüş -   

        Rayonun rəhbərliyi və rayon ərazisində tikinti sektorunu təmsil edən sahibkarların qatıldığı tədbiri giriş sözü ilə açan iş adamı “Minera” Şirkətlər Qrupunun prezidenti XuduRzayev sahibkarlar adından çıxış edərək dövlətimizin başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərin bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunmasının göstəricisi kimi qiymətləndirib. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edildiyini, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görüldüyünü qeyd edib.

            X.Rzayev Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində çıxışı zamanı sahibkarların ünvanına dediyi xoş sözlərə görə digər həmkarları adından onadərin minnətdarlığını bildirərək bundan sonra da dövlətimizin sahibkarlar üçün yaratdığı bu əlverişli biznes mühitindən faydalanaraq soydaşlarımızın problemlərinin həlli istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.

            X.Rzayev qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün rayonda fəaliyyət göstərən şirkətlər tərəfindən 30 ədəd mənzilin ayrıldığını qeyd edərək, bu mənzillərdən 15-nin birotaqlı, 10-nun ikiotaqlı və 5-ninisə üçotaqlı olmaqla, 30 mənzilin Nərimanov rayonunda hazırda tikilməkdə olan binalardan veriləcəyini bildirdi.

            İş adamı  humanizmdən irəli gələn bu nəcib təşəbbüsü təqdirəlayiq bir addım kimi dəyərləndirib, ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları üçün yaradılan yüksək səviyyədə əlverişli şəraitin mövcudluğunundan, onlara göstərilən diqqət və qayğıdan qürur hissi ilə danışıb.

X.Rzayev rayonun iş adamlarının təmsil etdikləri sahədən asılı olmayaraq bu təşəbbüs və dəstəyə istisnasız olaraq böyük fərəhlə qoşulduğunu qeyd edib, əsas məqsədin qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin rifah halının yaxşılaşmasına xidmət etdiyini vurğulayıb. X.Rzayeveyni zamanda uzun illər Nərimanov rayonunda fəaliyyət göstərən bir iş adamı kimi rayon sahibkarlarının fəaliyyətininbirgə koordinasiya olunması, onların bu və ya digər problemlərinin həlli, hüquqlarının etibarlı müdafiəsi və daha mütəşəkkil fəaliyyəti naminə Nərimanov Rayon İş Adamları Assosiasiyası adlı qeyri-hökumət təşkilatının yaradılması təklifi ilə təşəbbüs irəli sürüb. Bu təşəbbüs digər sahibkarlar tərəfindən yekdilliklə yüksək dəyərləndirilib.

       Nərimanovda sahibkarlarla görüş -    

       Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev rayonda geniş abadlıq-quruculuq işlərinin davam etdiyini deyib və həyata keçirilən pilot layihələrdən söz açaraq, Nərimanov rayonu ərazisində hazırda 35 bu cür layihənin müvafiq qurumlar tərəfindən qəbul olunduğunu, 12 məhəllədə tikintinin aparıldığını, digər layihələrlə bağlı isə sənədləşmə işlərinin getdiyini söyləyib.

            Daha sonra çıxış edən tikinti sektorunu təmsil edən iş adamları Rövşən Ağayev, Rafiq Rzayev, Zəkəriyyə Cəriyev və Nizami Kazımov ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə minnətdarlıq bildirərək, həyata keçiriləcək layihələrdə iştirakçı olmaqdan məmnunluq ifadə ediblər.

            Sonda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müstəqil Azərbaycanın dövlətimizin başçısının rəhbərliyi ilə sürətli inkişaf dövrünə qədəm qoyduğunu, dünyada baş verən qlobal iqtisadi böhrana rəğmən stabil bir ölkə kimi öz sözünü diktə etdiyini qeyd edib.

            A.FərzəliyevAzərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın 30 may 2017-ci il tarixdə Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlqoyma mərasimində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı çıxışındakı sahibkarlar və şirkət rəhbərlərinə ünvanlanan çağırışına dəstək verdikləri üçünrayonda fəaliyyət göstərən sahibkarlara öz dərin təşəkkürünü bildirib.

            A.Fərzəliyevhəmçinin, rayonda həyata keçirilən pilot layihələrin biznesdə öz möhürünü vurmuş peşəkar şirkətlərdən tərəfindən aparıldığını deyərək əsas məqsədin sakinlərin əvvəlki mənzillərindən fərqli olaraq gözəl şəraitli geniş mənzillərə sahiblənməsi olduğunu vurğulayıb.

            İcra başçısı eyni zamanda, iş adamı Xudu Rzayevin təşəbbüsü ilə sahibkarlardan ibarət yaradılacaq təşkilatın dövlətimizə, ölkə rəhbərinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasınayönəlikmüdrik siyasətinə dəstəyin gözəl nümunəsi olduğunu qeyd edib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam