Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Müəllimin adı özünə qaytarılmalıdı

                      

 

    "Xeberinfo.com": Müxtəlif  zamanlarda   insanlar  bir- birinə   bəzi  adlarla  müraciət  ediblər. Ta  qədimlərdə  yüksək  çinli  adamlara  "bəy", "xan" və  bir  qədər  sonra  yazı- pozu  bilənlərə  "mirzə" deyiblər.

   X1X  əsrin  əvvəllərində  dünyanın  Çar  Rusiyası  adlanan  coğrafi  ərazisində  Oktyabir  Sosialist  inqilabı  deyilən  bir  olay  baş  verdi. Bu  fəhlə- kəndli  inqilabı  Çar  Rusiyasının    ucqar  müstəmləkələrində  belə  böyük vüsət  aldı. Bu  nəhənk  imperiyanın  hər  yerində  bəylər, xanlar  bir  sinif  kimi  bolşeviklər  tərəfindən  ləğv  olundu. Ölkədən  qaçan  qaçdı, ələ  keçənlər  isə  ya  Sibirin  qarlı- çovğunlu çöllərinə  sürgün  olundu, ya da  bolşeviklərin  quduz  gülləsinə  tuş  gəldi. Bununla  da  "bəy", "xan" kimi müraciət  formaları  ləğv  olundu. Onların  yerini  yeni  müraciət  forması  tutdu. Bu  "yoldaş" müraciət  forması  idi. Ölkə  boyu  hamı  bir- birinə  "yoldaş" deyə  müraciət  etməyə  başladı.

  "Bəy", "xan"  müraciətlərinə  baxanda  "yoldaş" ın  ömrü  bir  elə  də  uzun  olmadı. Cəmi  70  il. Milyonlarla  insanın  qanı  bahasına  qurulmuş  yoldaşlıq  cəmiyyətini  elə  yoldaşlar  da  dağıtdılar. Zorla   bir- birinə  pərçim  edilmişlər  zorla  da   bir- birindən  qopdular.

  "Yoldaş" müraciət  forması  yerini  köhnəyə  "bəy"ə, "müəllim"ə , "cənab" a  və  daha  nələrə  verdi.Mərkəzdən  yüzlərlə  şəhidlər  vermək  bahasına  ayrılan Azərbaycanda  ilk  illər  hakimiyyətə  "bəylər" gəldi. Amma  əsil  bəy  kimi  hərəkət  edə  bilmədilər. Nə  əldə  etdikləri  hakimiyyəti   saxlaya  bildilər, nə də  əzəli  torpaqları. Əsil  bəy  olsaydılar, əl- ələ verib  haqqa, ədalətə, savaşa  qarşı birgə  vuruşardılar.

   Çar  Rusiyaı  dövründə  "bəy" adı  rəsmi  olaraq  var- dövləti, intellektual  səviyyəsi, mədəni  davranış  qaydası  olan  insanlara  verilirdi.

   Başqa  bir  müraciət  forması  isə  "cənab"dır. Əksər  idarə. müəssə  rəhbərinə,nazirə  "cənab" deyə  müraciət  edilir. Yığıncaqlarda, toy  şənliklərində danışanlar  qonaqlara, işdirakçılara  "cənab"lar  deyə  xitab  edirlər. Axı, heç  zaman  Azərbaycanda  bu  müraciət  forması  olmayıb. Bu, rus  dilində  olan  "qospoda" sözünün  Azərbaycanca  tərcüməsidir. Görəsən, niyə  kökümüzdən  bu qədər  uzaqlaşırıq.

   Hazırda  ən  çox işlənən  müraciət  forması  "müəllim" sözüdür. Müəllim  olana  da. olmayana  da  bir  ucdan  "müəllim" deyə  müraciət  edirlər.

  Görün  iş  nə  yerə  çatıb  ki, bənna  suvaqçıya, suvaqçı  qəssaba  "müəllim" deyir.

   Əgər  yaddaşım  məni  aldatmırsa, Karl  Marks  müəllim  adının  ən  şərəfli, məsuliyyətli  ad  olduğunu  deyib  və  ona  "müəllim" deyə  müraciət  edənlərə etiraz  edib.

  Müəllim  adı  o  qədər  müqəddəs  olub  ki, elə  bilmişik  müəllim  yemir, içmir, hətta  yatmır. Müəllimi  İlahi  varlıq  bilmişik. Uzaqdan  gəldiyini  görəndə  başımızdan  papağımızı  çıxarmışıq, yerişimizə  düzəliş  vermişik.

  İndi  müəllimin  bir  qəpiklik  hörməti,izzəti  yoxdur. Nufuzunu, şərəfini. adını, müqəddəsliyini  itirib. Müəllimin  nufuzdan  düşməsinin  bir  günahı  da  hökumətdir. Ona  görə  ki, hökumət  müəllimi  zəlil  günə  qoyub. aldığı  məvacib ailəsinin  quru  çörəyinə  çatmayıb. arvad- uşaq  yanında  başı  aşağı  olub.

  Deyir  ac  qılınca  çapar. Ailəsini  saxlaya  bilməyən, geyindiyi  əyin- başından utanan, xəcalət  çəkən  müəllim  tüpürüb  hər  şeyə- vicdanını, adını, arını  itirib.Uşaqlardan  fond, pərdə. süpürgə, odun  pulu  yığıb, alçalıb  övladları  yolunda  şagirdlərə  əl  açıb, rüşvət  istəyib. Çoxları  sinif  otaqlarını  bazar  piştaxtaları  ilə  əvəzləyib.

   Bu  günki  kimi  yadımdadır... Sovet  dönəmində  "Kirpi" jurnalında  belə  bir  karikatura  verilmişdi. Bərbərxanaya  bir  nəfər  üzü    tüklü  müştəri  gəlir  və  bərbərə  deyir : "Müəllim,saqqalımı  qırx". Bərbər  qayıdır  ki, mən  bərbərəm, müəllim  deyiləm. Müşdəri  cavabında  deyir, "nə  olsun, indi  hamıya  müəllim  deyirlər".

   Mənə  elə  gəlir  ki, dövlət  bu  cür  biabırçığı  aradan  qadıra   bilər. Müəllimlərin  maaşlarını  artırar. Onların  qabaqkı  müqəddəs  adlarını  özlərinə  qaytarar.

   Müəllim  işıqdır, müəllim  nurdur. İşıqsız, nursuz  adam  kordur. Kor  adam  da  heç  nə  görməz, olar  zəlil.Uzaq  gedə  bilməz, yarı  yolda  qalar.

  

 

   Nə  olar, gəlin qədim  tarixi  və  mədəniyyəti  olan  bir  xalqı  korluqdan, zəlillikdən  xilas  edək.

 

  Xilas  edək  ki,irəli  gedə  bilək. İrəli  getməsək. sürət  əsrində  ayaqlar  altında qalacayıq.

               

 

   Məhərrəm  Şəmkirli

 

               


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam