Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Britaniya parlamenti “dikdaban” petisiyasını müzakirə edib

Britaniyada işgüzar qadınların rəsmi geyimi barədə müzakirələr səngimək bilmir.

 

Yenixeber.org:   “The Telegraph” qəzeti isə yazır ki, Britaniya parlamentinin bir millət vəkili ofisdə dikdaban ayaqqabı geyinməyə məcbur edilən qızının ayağını sındırmasından şikayət edib.
Nazirlər deyirlər ki, ölkə boyunca qəbul ediləcək geyim məcəlləsi şirkətləri diskriminasiyaya qarşı qanunları pozmaq, işçilərindən “seksuallaşdırılmış geyimlər” tələb etmək imkanından məhrum edəcək.
Leyborist millət vəkili Gill Furniss bildirib ki, onun 27 yaşlı qızı Emily “iş geyimi” ucbatından yıxılaraq ayaq darağı sümüklərini sındırıb və buna görə ona heç kompensasiya da ödənilməyib.
Belə bir sınma vaxtilə David Beckhami 2002-ci ilin Dünya Çempionatında oynamaqdan məhrum etmişdi.
Millət vəkili deyib ki, bir çox şirkətlər qadınlar üçün “alçaldıcı” geyim məcəllələri tətbiq edirlər.
“Onlara bəzən dodaqlarına qırmızı boyanın hansı çalarını vurmaq da diqtə edilir” – deyib millət vəkili.
“The Telegraph” yazır ki, 150 min insan parlamentin saytına göndərilmiş petisiyanı imzaladıqdan sonra millət vəkilləri bu problemi müzakirə etmək qərarına gəliblər.
Bu petisiyanı London resepsionçusu Nicola Thorp hazırlayıb. O dikdaban ayaqqabı geyinmək üçün müdirləri tərəfindən evə göndərildikdən sonra bir daha iş yerinə getməyib.
İndi millət vəkilləri qadınların geyimlərinə və paltarlarına dair iş normativlərini dəqiqləşdirəcək maddənin cinsi bərabərlik maddəsinə daxil edilməsini düşünürlər.
Millət vəkilləri bildiriblər ki, qadınların iş yerində nə geyindikləri onların insan haqqıdır və bu şəkildə də təsbit edilməlidir.
Qadın siyasətçilərin fikrincə, bir çox şirkətlərin əsaslandığı geyim məcəlləlləri 1970-ci illərdən qalıb və qanundankənar elan olunmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam