Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

100 minlərlə azərbaycanlı qadın bu qərarı gözləyir

 

Millət vəkili Qənirə Paşayeva Misirin paytaxtı Qahirədə keçirilən XXIX BPV Beynəlxalq Konqresində iştirak edib

 

Yenixeber.org:  Dünyanın 40-dan artıq ölkəsindən yüzlərlə fəal qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən prezident, nazir və yüksək dövlət vəzifəsi tutan qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda və biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparılıb, konkret təkliflər verilib.

Tədbirin açılışında Misir rəsmiləri, bəzi ölkələrin prezidentləri, Biznes və Peşəkar Qadınların Beynəlxalq Federasiyasının prezidenti və bir sıra rəsmi şəxslər iştirak edib.

Millət vəkili konqres çərçivəsində bir sıra ölkənin nümayəndə heyəti ilə görüşərək onlara Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi imkanları barədə geniş məlumat verib.

Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur:

“Ermənistan işğalçılıq siyasəti yeridərək Azərbaycanın 20 faiz torpağını işğal edib. 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın bu ədalətsizliyə son qoyulmasını gözləyir”.

Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər, qadın məsələləri ilə bağlı vəziyyət və qadınların cəmiyyətdə rolu haqda da məlumat verib.

Azərbaycanın iqtisadi inkişafından söz açan millət vəkili sonda tədbir iştirakçıları ilə yanaşı, işgüzar xanımları Azərbaycana dəvət edib.

Sammitdə qadınların iqtisadi həyatının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər də müzakirə edilib

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam