Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ali Baş Komandan yeni hərbi şəhərciyin açılışında

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” saylı hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

Xeberinfo.com:  Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.

Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlətimizin başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam