Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib

 

Bu gün  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.

 

"Xeberinfo.com":  Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoydu.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

 

Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxdı.

 

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi.

 

Sonra dövlətimizin başçısı şəxsi heyətlə görüşdü.

 

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verdi.

 

Prezident İlham Əliyev əsgərləri salamladı.

 

Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

 

Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.

 

Sonra dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış oldu.

 

AZƏRTAC


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam