Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

NDU-nun professoru Türkiyənin məşhur Üniversitetində tədqiqatlar aparır

 

NDU-nun professoru Tofiq Əliyev Türkiyənin Ağrı İbrahim Çeçen Üniversitetində tədqiqatlar aparır

"Xeberinfo.com": Naxçıvan Dövlət Universitetinin Kimya kafedrasının müdiri, 3 ixtiranın, 100-dən artıq elmi məqalənin müəllifi olan kimya elmləri doktoru, professor Tofiq Əliyev “Mövlanə Mübadilə Proqramı” çərçivəsində Türkiyənin Ağrı İbrahim Çeçen Üniversitetinin nəzdində fəaliyyət göstərən Mərkəzi Elmi-Tədqiqat Labaratoriyasında neft və təbii qazın çıxarılması, ilkin emalı və nəqlinə uyğun sistemlərdə polad avadanlıqların korroziyadan qorunması sahəsi ilə bağlı tədqiqatlar aparır.

Bu barədə professor Tofiq Əliyevlə söhbətimiz zamanı bildirdi ki: “Bildiyimiz kimi, müasir dövrdə sənaye və texnikanın müxtəlif sahələrində, o cümlədən neft və qaz sənayesində istismar olunan çoxsaylı metal avadanlıqlar ətraf mühitin aqressiv təsiri nəticəsində korroziyaya məruz qalır ki, bu da sonda külli miqdarda dövlət vəsaitinin itirilməsinə gətirib çıxarır. Təxmini hesablamalara görə hər il dünya üzrə istehsal olunan metalların 8-12%-i korroziya nəticəsində dönməz şəkildə itirilmiş olur ki, bu da milyardlarla dollar itkiyə ekvivalentdir. Məhz buna görə də korroziya prosesinə qarşı effektiv mübarizə üsullarının işlənib hazırlanması yüksək aktuallıq kəsb edir. Korroziya ilə məşğul olan əksər mütəxəssislərin fikirlərinə görə isə bu arzuolunmaz prosesə qarşı aparılan çoxsaylı mübarizə üsulları  içərisində “inhibitorların” tətbiqinə əsaslanan üsul iqtisadi cəhətdən daha əlverişli üsuldur. Belə ki, bu üsuldan  istifadə etdikdə mövcud texnoloji sistemdə heç bir dəyişiklik aparmadan korroziya baxımından aqressiv sistemə az miqdarda inhibitor təsirinə malik olan maddələrin əlavə edilməsi kifayət edir. Mənim də apardığım araşdırma məhz belə bir aktual məsələyə həsr olunub”.

Professor Tofiq Əliyev qeyd etdi ki, “Mövlanə Mübadilə Proqramı” çərçivəsində elmi-rəhbəri olduğu Ağrı İbrahim Çeçen Üniversitetinin müəllimi Yaşar Həsənoğlu ilə birgə həmin universitetin nəzdində fəaliyyət göstərən Mərkəzi Elmi-Tədqiqqat Labarotoriyasında qeyd edilən sahə ilə bağlı qurğular yığmış və orada elmi tədqiqatlara başlamışlar.  Professor Tofiq Əliyev bildirdi ki, apardıqları elmi tədqiqat işləri barədə Türkiyənin yerli mətbuatında, həmçinin Kanal 04 və Ağrı İbrahim Çeçen Üniversitetinin Televiziyalarında geniş məlumatlar da yayımlanıb.

Qeyd edək ki, aparılan tədqiqat işləri respublika üçün ənənəvi olan neft və qaz sənayesində geniş miqyasda istifadə olunan, müxtəlif markalı polad avadanlıqların korroziyadan inhibitor mühafizəsinə həsr olunub. Müxtəlif funksional qruplara malik bəzi üzvi birləşmələrin neft və qazın çıxarılması, ilkin emalı, saxlanılması və nəqlinə uyğun şəraitlərdə poladın korroziyasına qarşı inhibitor təsirinin yoxlanılması ilə bağlı aparılan tədqiqatlardan alınan nəticələr göstərilən sənaye sahəsində metalların korroziyadan qorunmasında istifadə olunacaqdır.

 


 

 

 

 

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam