Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Bakı sakininin 1 manat kredit borcu 154 manat oldu -VİDEO

Bakı sakininin başına maraqlı hadisə gəlib. Tikdiyi evin damını qurmaq üçün bankdan kredit götürməyə gedən Səlvər Hacıyevin vəziyyətinə elə bank işçiləri də gülüblər.

Xeberinfo.com:    “Xəzər TV”nin məlumatına görə, məsələ burasındadır ki, Səlvər Hacıyev 10 il əvvəl aldığı televizoru “Bank Standart”da kreditləşdirib. Borcunu tam ödəyib qutardığını desə də, necə olubsa 1 manat borcu qalıb. 10 il ərzində isə bu borcun üzərinə faizlər gələrək 154 manata çatıb.

İndi kredit götürmək istədiyi bankdan ona deyiblər ki, gedib borcunu ödəməsəniz heç bir bankdan yeni kredit götürə bilməzsəniz. Bu dəfə isə başqa problem ortaya çıxıb. Çünki borclu olduğu “Bank Standart” artıq fəaliyyət göstərmir.

Hüquqşünas Asif Abdullayev isə  deyir ki, vətəndaşın başına gələnlər gülməlidir, amma buna səbəb elə bankların özləridir. 10 il sonra borcludan ödəniş tələb etmək qanunvericilikdə nəzərdə tutulmayıb.

Məhkəməyə müraciət edərsə Səlvər Hacıyevin xeyrinə qərar çıxarılacaq. Amma o da 10 il əvvəl bankın bütün ödənişlərini etdiyinə dair möhürlü sənədi alsaydı bu gün belə problemlə üzləşməzdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam