Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kredit borclarının sonu necə olacaq?

samir-eliyev-iqtisadciSamir Əliyev: “Manat ucuzlaşdıqca vətəndaşların kredit qaytarmaq imkanları daha da zəifləyir”

“Banklar iqtisadi subyektlərin aldıqları kreditə xidmət edə bilməməsi nəticəsində bağlanır”. Bankların vəziyyəti onlardan kredit götürmüş şəxslərin bu borca xidmət etmə imkanları ilə bağlıdır. 

Xeberinfo.com:   Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, əgər ev təsərrüfatı subyektləri öz borclarına xidmət edə bilərlərsə, bank sektorunda likvidliklə bağlı hər hansı problem yaranmaz: “Bank sektorunda bu gün yaranan və bağlanan banklarda da mövcud olan problem yalnız iqtisadi subyektlərin banklardan aldığı kreditə xidmət edə bilməməsi nəticəsində yaranıb. Fikir versəniz, bu bankların heç biri burada baş verən hər hansı əməliyyatlar səbəbindən bağlanmayıb. Düşünürük ki, baş verən devalvasiyalardan sonra iqtisadi subyektlər borclarını ödənilməsinə daha həssas yanaşacaqlar”. (APA)

Ölkədə təxminən 17-18 milyard manatlıq kredit borcu var. Bu borcun 80 faizini dollarda olan kreditlər təşkil edir. Manatın dollar qarşısında hər gün dəyər itirməsi dollarda kredit borcu olan vətəndaşların borc yükünü artıran faktordur. Hər ay isə biz problemli kreditlərin artmasını müşahidə edirik. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir zamanda problemli kreditlərin faizinin daha da artacağı gözləniləndir. Digər bir tətəfdən ekspertlərin manat kursunu gözləyən dəyişikliklərlə bağlı verdikləri proqnozlar da ürəkaçan deyil.

İqtisadçı Samir Əliyev hesab edir ki, dollarda kredit borcu olanları yaxşı heç nə gözləmir. Çenki dövlətdən gözlənti o idi ki, müəyyən dəstək addımı atılacaq və bu həm əhali, həm də bank sektoru üçün xeyirli olacaq. S.Əliyevin sözlərinə görə, amma proseslər onu göstərdi ki, dövlət bu prosesi bank və vətəndaşların üstünə atır: “Bunun nəticəsidir ki, insanların əmlakı əlindən alınır, hətta bəzi hallarda bu proses faciə ilə biti, intiharlar baş verir. Proses bütövlükdə bank və vətəndaşların üzərinə atılıb. Burada ilk növbədə əziyyət çəkən əhalidir. İkinci növbdə isə proses banklara da ciddi zərbə vurub. Devalvasiya nə əhalinin, nə də bankların istəyi ilə baş verməyib. Proses hökumətin istəyi ilə baş verib. Hökumət öz valyuta ehtiyatını qorumaq üçün atdığı addımdır. Bu addımın da zərərini əhali və bank sektoru çəkir. Hər ötən gün göstərir ki, proses həll olunmur. Düzdür öncə banklar faiz dərəcələrini bir qədər aşağı saldılar. Amma  problem tam başqadır. Kreditlər bir tərəfdən restruktizasiya olunsa da, onlar xarici valyutada saxlanıldı. Halbu ki, onlar ən azı manat kreditlərinə çevrilməliydi ki, insanlar iki dəfə artmış öhdəliyini yerinə yetirsin”.

S.Əliyev ona da bildirdi ki, manat ucuzlaşdıqca vətəndaşların kredit qaytarmaq imkanları daha da zəifləyir. Manatın məzənnəsi ilə bağlı proqnozlar isə ürəkaçan deyil: “Devalvasiyanın nəticəsi olaraq on üç bank bağlanıb. Bir neçə bank da bağlanmaq üzrədir. Düşünürəm ki, Maliyyə Nəzarəti Palatası Mərkəzi Bankdan fərqli olaraq banklara qarşı daha sərt mövqe nümayiş etdirəcək. Hazırda biz bu prosesi müşahidə edirik. Ona görə də banklara güzəşt edilməyəcək. Problem odur ki, kreditlərin qaytarılmaması digər bankları da kredit verməyi dayandırmağa vadar edir və ya onlar krediti daha ağır şərtlərlə verməyə məcbur olurlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam