Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Nikoyl Bank” vətəndaşı evsiz qoyur -ŞİKAYƏT VAR

“Nikoyl Bank” vətəndaşı evsiz qoyur - ŞİKAYƏT
 Bakı şəhər sakini Vəliyev Şahin İsrəfil oğlu uğursuz kommersiya fəaliyyətinə görə ailəsinə məxsus evini itirmə təhlükəsi ilə üzləşib.

Yenixeber.org:  5 il əvəl “Nikoyl” İKB-dən götürülən kreditn ödənişində gecikmə yaranan kimi bank məhkəməyə müraciət edərək, “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi” tələbi irəli sürüb. Artıq iş üzrə birinci, apellyasiya və kassasiya instansiya məhkəmələri qərar çıxarıb.Vətəndaş son ümid yeri olaraq Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti və ölkə rəhbərliyinə müraciət verib. Bu barədə redaksiyamıza məlumat verən Şahin Vəliyev bildirir ki, 2012-ci ilin aprelində adıçəkilən bankdan illik 14% əlavə ödəməklə 5 illik müddətinə 1 950 000 manat borc götürüb. Tərtib olunmuş qrafikə görə o, hər ay banka 45 373 manat ödəməli imiş. Amma bu öhdəliyə cəmi 10 ay əməl edə bilib. 2015-ci ilin aprelində Yasamal rayon məhkəməsi hesab edib ki, o, banka təxminən 1,5 milyon manat əsas borcundan savayı daha 516,6 min manat faiz borcu və gecikdirməyə görə 12 min manat dəbbə pulu (ümumilikdə 2 026 601 manat 58 qəpik) ödəməlidir. Məhkəmə borcun ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərraca çıxarılaraq satılması barədə qətnamə çıxarıb. Bakı Apellyasiya Məhkəməsi vətəndaşın şikayətini qismən təmin edərək “faiz borcu”nu 33 722 manat 39 qəpik azaldıb, eyni zamanda, evin ilkin satış qiymətini 2 006 900 manat müəyyən edib. Şahin Vəliyev bildirir ki, mülklərinin real dəyəri bundan xeyli bahadır, qoyulan ilkin qiymət onun banka iddia olunan borcunun məbləğinə uyğunlaşdırılıb. Eyni zamanda, o, fərdi yaşayış evinin satılmağını özünün və ailəsinin faciəsi hesab edir və borcunu ödəmək üçün ona ağlabatan bir müddət üçün möhlət verilməyini istəyir. Sahibkar ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edərək belə acınacaqlı vəziyyətdən çıxmağı üçün ona köməklik göstərilməyini xahiş edib. 
Teref.info
“Nikoyl Bank” vətəndaşı evsiz qoyur - ŞİKAYƏT


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam