Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qubada Rusiya ilə sərhəddə əlavə postlar qurulub

 

 

Şimal bölgəsində Rusiya ilə sərhəd rayonlarda və kəndlərdə postlar qurulub. Ciddi yoxlamalar aparılır. 
 "xeberinfo.com": Quba polisindən "Azadlıq" radiosuna bildirilib ki, hər il olduğu kimi bir neçə gündür ki, sərhədyanı rayonlarda və kəndlərdə sərhəd-sipər əməliyyatı keçirilir, sənədlər yoxlanılır. 
Məqsəd qanunsuz silah və narkotiklərin sərhəddən keçirilməsinin qarşısının alınması, sərhədi sənədsiz keçənlərin aşkar olunmasıdır.
Quba sakini Məhərrəm İsmayılov deyir, bu yoxlamalar barədə əvvəlcədən məlumat verilmədiyindən səhər yuxudan oyanıb, postları görəndə əhalidə çaşqınlıq yaranır: “Xəbərdarlıq etməmiş postlar qurub adamları təşvişə salırlar. Min cür şayiə yayılır. Deyirlər, Bakıda cinayət törədib silahla bu tərəfə qaçan var, Rusiyaya keçməsin deyə postlar qurulub və sair. Axtarış aparanlar da konkret demirlər ki, nəyə görədir”.
Əhali belə əməliyyatlardan əvvəl regional telekanallar vasitəsilə əvvəlcədən məlumatlandırılmağı məqsədəuyğun hesab edir.
Məlumata görə, Şəki və Qax rayonlarında da eyni postlar qurulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam