Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Vəhhabilər Bakıdan Sabirabada yürüş ediblər

 

   "Xeberinfo.com": Vəhhabi təriqətinə mənsub olan şəxslər 160 maşınla Sabirabada getsələr də, onlardan yalnız 15 avtomobil Sabirabada daxil olub.Bu barədə radikal təkfirçi sələfilər sosial şəbəkələrdə məlumat yayıblar.
   İslamazeri.az-ın bu məlumatlara istinadən verdiyi xəbərə görə, Bakının Qaraçuxur qəsəbəsindən yola çıxan vəhhabilərin qarşısının alınması üçün yol boyu postlar qurulub, avtomobillər yoxlanılıb. Silahlı xüsusi təyinatlılar tərəfindən avtomobillərin Sabirabad rayonuna getməsinin qarşısı alınıb. Lakin 15 avtomobil barrikadalara baxmayaraq Sabirabada daxil ola bilib.
Sabirabadda avtomobildən düşən vəhhabilər polis əməkdaşları tərəfindən qarşılanıb.
Sabirabaddaki mənbədən “Azadlıq”a verilən məlumata görə, özünü sələfi adlandıran 10-15 avtomobil şəxs Sabirabada gələrək, həmin videoda saqqal qırxan şəxsin ya özünü, ya da kəlləsini tələb edib. Məlumatda sələfilərlə polislərin arasında qarşıdurma olduğu da bildirlir.
Rayonda isə hər hansı qarşıdurma yaşanmayıb. Bakıdan gedənlər, orada baş vermiş “saqqalqırxma” hərəkətinə görə məsuliyyət və cavabdehlik tələb ediblər. Onların qarşısında polis səddi olub. Onlar da bir qədər hay-küylə və emosional şəkildə etirazlarını bildirəndən sonra maşınlarına əyləşərək geri dönüblər. Onları Sabirabaddan çıxana qədər polis maşınları müşaiyət edib.

Bu arada sosial şəbəkələrdə Sabirabadda sələfi görkəmli şəxsin saqqalını qırxan Rəmzi adlı şəxsin maraqlı fotoları yayılıb. Fotolarda o, sələfi şeyxlərinə bənzəyən şəxslərlə yanaşıdır. Fotoya görə yeni iddialar meydana çıxıb ki, Sabirabaddaki olaylar ortaya süni şəkildə atılıb.

Aşağıda Sabirabadda vəhhabi əqidəli şəxsin saqqalını qırxan və onu təhqir edən Rəmzinin saqqallı şəxslərlə şəkili verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam