Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Vətəndaş kömək gözləyir

 

 

      xeberinfo.com: Qazax rayonu Nəriman Nərimanov qəsəbəsi, bina 13, mənzil 12 ünvanında yaşayan Ramiz Əliyev müraciət ünvanlayıb.

 

   “Mən 2013-cü il təxminən iyul-avqust aylarında Qazax stomoloji poliklinikasının həkimi Elçin Xəlfəquluyevə dişlərimi çəkdirmişəm. Aradan 2-3 ay keçəndən sonra səhətimdə problemlər yaşandı və mən həkimə müraciət etməli oldum. Həkimlər mənə hepatit analizi verməyi məsləhət bildilər. Gürcüstanda, Bakıda və Qazax diaqnostika mərkəzində müxtəlif vaxtlarda analizlər verdim, bütün cavablar eyni idi - Hepatit C. Bundan sonra müalicə kursu götürdüm, ancaq xeyri olmadı və mənim də pulum qurtardı. Buna görə də Elçin Xəlifəquluyevə müraciət etdim ki, məni bu xəstəliyə sən yoluxdurmusan, indi müalicəmə kömək et. O isə məni tanımadığını bildirdi, tələbimi rədd etdi”, - deyə şikayətçi məktubunda qeyd edir.

 

Elçin Xəlifquluyev bir sıra dövlət qurumlarıyla yanaşı ölkə başçısına da müraciət etdiyini yazır: “Mən məcbur qalıb başda prezident olmaqla bir çox yuxarı instansiyalara dəfələrlə müraciət ünvanladım. İki aya yaxındır ki, mənə müəyyən cavablar gəlir -“tədbir görüləcək”. Hələlik heç nə yoxdur və Elçin Xələfquluyev də “harasa şikayət etmə, müalicəni təşkil edəcəm” desə də, aidiyyətli qurumlar məni dindirsə də, heç bir nəticə yoxdur. Mən dişimi çəkdirəndə Elçinin diş alətlərini elektrik sobasından çıxardığını gördüm. O, elektrik sobasını sterilezator kimi işlədirdi. Mən bunu ona irad tutsam da xeyri olmadı. Sonda da bu hadisə baş verdi. Bunu bilən tanışlar da məni danladı ki, sən görmürdünmü ora it günündədir, başqa yer qəhət idimi? Mən başqa stomotoloji kabinetlərlə tanış olanda dəhşətə gəldim. Şərait ayrı, avadanlıqlar standartlara uyğun, təmizlik, səliq-səhman yerində. Mən hardan biləydim ki Elçinin çörək sobası mənim evimi yıxacaqdır? Hardan biləydim ki, adi qırıq dişi çəkmək üçün tez-tez dəyişdiyi alətlər strelizə olunmayıbmış. Mən işsiz adamam. Hətta göstərdiyim ünvan da bacımın evidir, mən orda sığınacaq tapmışam, evim də yoxdur. Həyat mənim üçün də şirindir, mən də yaşamaq istəyirəm. Əlaqədar təşkilatlardan kömək gözləyirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam