Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Lənkərənski”nin atasının qətli və intiqam hekayəsi

 

“Lənkərənski”nin atasının qətli və intiqam hekayəsi - ilk dəfə “Yeni Müsavat”da

 

Rövşən Canıyevlərin qonşusu Ələsgər Ağayev “Bir cənub şəhərində”ki vendettanın tarixçəsini danışır 

 

Xeberinfo.com:  Türkiyədə məşhur azərbaycanlı “qanuni oğru” “Rövşən Lənkəranski” (Canıyev) qətlə yetiriləndən sonra onun həyat yoluna, tərcümeyi-halına olan maraq bir qədər də artdı. Bu gün mətbuatda, xüsusilə Rusiya nəşrlərində “Rövşən Lənkəranski” haqda saysız-hesabsız yazılar var.  belə məlumatların bir çoxu da həqiqətdən uzaqdır. Həmin məlumatlardan biri də “Rövşən Lənkəranski”nin atasının milis olması ilə bağlıdır. 
Rusiyanın bəzi saytları bu məqama istinad edib milis oğlunun “qanuni oğru”ya çevrilməsini istehza ilə vurğulayırlar. Bu məqamın “qanuni oğru” kodeksinə uyğun olmadığını qabardırlar. 
Əslində necədir? “Lənkəranski”nin həyatını dəyişən mübhəm olay nə vaxt və nəyə görə baş verib? Onun vendetta qanuna əl atmasına sürükləyən nə olub? 


Rafiq Canıyevi ağaca bağlayıb öldürüblər

Sabiq daxili işlər naziri İsgəndər Həmidov müsahibələrindən birində bu haqda yarımçıq danışıb. Deyib ki, “Lənkəranski”nin atası Rafiq Canıyevi  Astarada “Dədə” ləqəbli cinayətkar dəstənin başçısı öldürtdürüb. İ.Həmidov həmin şəxsin rayonun Şahağac kəndində yerləşən gömrükxanaya qeyri-rəsmi nəzarət etdiyini də açıqlayıb. Deyib ki, “Lənkəranski”nin atasını Astaraya gedərkən “pekarnı”nın yanında ağaca bağlayıb güllələmişdilər.


Canıyevlərin qonşusu Ələsgər Ağayev isə deyir ki...

Canıyevlərin Lənkəranda, “Kiçik Bazar” deyilən məhəllədə qonşuları olmuş, hazırda Rusiyada yaşayan Ələsgər Feyzulla oğlu Ağayev “Yeni Müsavat” üçün həmin illəri xatırlayıb. Yaşı 70-i haqladığını deyən Ə.Ağayev deyir ki, Rafiq Canıyevin milis olması xəbəri yalandır: “Rövşənin atası heç vaxt milisdə işləməyib. O, sovet vaxtı, sonradan müstəqillik dövründə Lənkəran çörək zavodunun direktoru olub. Milis Rövşənin dayısı Məmmədağa idi, o da rəhmətə gedib”.

“Rövşən əlini anasının çantasına atıb oradan tapança çıxartdı”

Həmsöhbətimiz deyir ki, “Lənkəranski”nin məhkəmədə atasının qatilini güllələməsi onun anasının gözləri qarşısında baş verib: “Rafiq kişinin ölümünə görə həmin şəxsi bir neçə il sonra tutmuşdular. Həmin adamın məhkəməsinə Rövşənin əmisi Xəzailin yoldaşı Səltənət, mənim anam və Rövşənin anası Məsudə xanım birgə getmişdilər. Məhkəmənin ortasında bir də görüblər ki, Rövşən əlini anasının çantasına atıb oradan tapança çıxartdı və müttəhimə atdı. Həmin vaxt anası Məsudə xanım da bilməyib ki, Rövşən tapançanı gizli onun çantasına qoyub. Atasını öldürənə 3-4 güllə vurub”. 
Image result for lənkəranskinin

Rövşənin qətldə istifadə etdiyi silah milisdə işləyən dayısının olub

Silahın kimə aid olması, “Lənkəranski”nin onu necə əldə etməsi haqda suala Ə.Ağayevin cavabı belə olub: “O vaxt belə söhbət də vardı ki, Rövşənin qətldə istifadə etdiyi silah milisdə işləyən dayısının olub. Bu nə dərəcədə doğrudur, bizlər bilmədik”. 

İstəyən gedib tapança, avtomat alıb gəlirdi

Həmsöhbətimiz fikrini qətl və ondan sonrakı illərdə Lənkərandakı vəziyyətlə əlaqəli davam etdirir: “Respublikanın hər yerində, rayonunda olduğu vəziyyət Lənkəranda da vardı. O vaxt elə dövr idi ki, aləm bir-birinə qarışmışdı. Lənkəranda şəhərin mərkəzində 2-3 ”poqran-zastava" (sərhəd mühafizə dəstəsi- E.M.) vardı. Ələkrəm Hümmətov da o vaxtlar “at oynadırdı”. İstəyən gedib tapança, avtomat alıb gəlirdi. Deməyim odur ki, o vaxt silah tapmaq çətin iş deyildi. Anam danışırdı ki, Rövşən məhkəmədə silahı götürüb atasını öldürən adama atanda hamımız şoka düşdük ki, bu silahı haradan aldı? Onun tapançanı cibinə qoymaması çox düşünülmüş addım olub. Onun özünü yoxlaya bilərdilər axı... Yəni Rövşən məhkəməyə atasını öldürəni öldürmək üçün hazırlıqlı gedib, hər şeyi də xırdalığına qədər fikirləşib. Yetkinlik yaşına yenicə çatmış, 16-17 yaşında bu qədər dərinliklə fikirləşmək, hər şeyi götür-qoy eləmək də hər oğulun işi deyil".
Image result for lənkəranskinin

Rövşənin atasının qətli ilə bağlı 2 versiya

Ələsgər Ağayev Rafiq Canıyevin qətlinin səbəbi haqda o dövrdə Lənkəranda geniş yayılmış 2 versiyanı da bizimlə bölüşdü: “O vaxt belə söhbət vardı ki, Rövşənin atasının   qətlində 2 şəxs olub - sifarişçi və icraçı. Rövşənin öldürdüyü sifarişçidir. Astaradan idi, ”Dədə" ləqəbi vardı.  Həmin şəxs milisdə işləyib, sonra da işdən çıxıb. Bu hadisələr baş verəndə Dilruba Camalova təkrar Lənkəranda rəhbərliyə gətirilmişdi, icra başçısı təyin olunmuşdu. Belə bir plan vardı ki, çörək zavodunu Rövşənin atası Rafiq kişidən alıb, özlərinə yaxın adama versinlər. Təbii ki, illərlə zavoda rəhbərlik edən Rafiq kişi bu plana qarşı idi. O, zavodu sovetlər dağılandan sonra qoruyub saxlamışdı, çörək bişirib satırdılar. Rövşənin atasıgil Lənkəranda 5 hörmətli ailədən biridir. Belə xəbərlər vardı ki, Rafiq kişini zavoda görə öldürüblər. Onun “zakaz”la öldürüldüyünü o vaxt hamı danışırdı. Amma belə bir söhbət də buraxmışdılar ki, guya onun qətli bir qadına görə olub. Buna çoxları kimi də mən də inanmıram. 50-51 yaşlarında bir adam Astara, Lənkəran kimi bir yerdə yanına bir qızı salıb kiminsə evinə qonaq gedər ki, orada da qızla gəldiyinə görə söhbət olsun və onu sonra buna görə öldürsünlər? Boş söhbət idi. O belə iş tutmazdı. İnandırıcı söhbət pul, zavod söhbəti idi".


Zavodu götürmək üçün Rafiqi öldürdülər

Ə.Ağayev deyir ki, “nifaq alması”na çevrilmiş çörək zavodu Rafiq Canıyevin ölümündən sonra başqa şəxslərin nəzarəti altına düşüb: “Zavod Rafiqdə idi, amma özəlləşməmişdi. Dilruba Camalova da təzə təyin olunmuşdu, zavodda Rafiq kişinin direktor kimi qalmasını istəməyib. Lənkəranda Dilruba Camalovanın da sözü keçirdi. Rafiqin ölümündən sonra da xəbər yayılmışdı ki, zavodu götürmək üçün Rafiqi öldürdülər. Zavodu da götürdülər. 6-7 il bundan əvvəl də Dilruba Camalova avtoqəzada öldü”. 


Dilruba Camalova Rafiq kişini ona görə istəmirdi ki...

Həmsöhbətimiz Dilruba Camalovanın Rafiq Canıyevin çörək zavoduna öz namizədinin olduğunu diqqətə çatdırır: “Rafiq kişini ona görə istəmirdi ki, o, yerli adam idi. Ora özününkiləri - Astaradan olanları direktor gətirmək istəyirdi. O, Astaranın Pensər kəndində doğulub, Bakıda ali təhsil alandan sonra Lənkəranda məktəbdə dərs deyib. Mən özüm də ondan dərs almışam, şagirdi olmuşam. O, özünə yaxın, öz ətrafından olan bir adamı çörək zavoduna direktor qoymaq istəyirdi. Bunun üçün gərək Rafiq kişi zavodu təhvil verib gedəydi. Onun zavodda zəhməti çox olmuşdu, niyə qoyub getməliydi ki? Dilruba Camalova Lənkəranda 1-ci katib olan vaxtlarda Rafiqin böyük qardaşı da, kiçik qardaşı da mağaza müdiri işləyirdilər. Deməyim odur ki,  Rafiqgil kasıb ailə deyildilər və imkanlı idilər. Rafiqi tanıyırdım, yaxşı və səxavətli insan idi. Babası Eynəli kişi Lənkəranda yağ-bal satan tacir kimi tanınırdı. Bazarda yeri vardı. Yadımdadır ki, o vaxt Rafiqi bir xeyli itkin düşmüş kimi axtardılar, sonra da meyitini meşədən tapdılar. Sonra da bir neçə il Rafiqin qətlinini kimin elədiyini araşdırdılar, axırda da tutub məhkəməyə verdilər. O da məhkəmədə hədələmişdi ki, həbsdən çıxacaq, guya Rövşəngilə qarşı cinayət eləyəcək. Rövşən də vurub onu öldürdü”.(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam