Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Rövşən Lənkəranskini beynəlxalq axtarışa verilib

 

 

İtaliya polisi Rövşən Lənkəranskini beynəlxalq axtarışa verib

 

İtaliya məhkəməsi onun həbsi barədə xüsusi qərar çıxarıb

 

"Xeberinfo.com": İtaliya azərbaycanlı kriminal avtoritet barəsində yenidən beynəlxalq axtarış elan edib. APA-nın xəbərinə görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Məlumatda qeyd edilir ki, Azərbaycanın Lənkəran rayonundan olan, 39 yaşlı Rövşən Canıyev (Lənkəranski) mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir.
R. Canıyevin həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və onun saxlanılması üçün İnterpola müraciət edilib.
Xatırladaq ki, İtaliya 2013-cü ildə də R. Canıyevin barəsində beynəlxalq axtarış elan etmişdi. Lakin bir müddət sonra R. Canıyevin İtaliya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsi barədə məlumatlar İnterpolun saytından götürülüb.
Qeyd edək ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir və “Rövşən Lənkəranski” kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.
Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
Məlumatlara görə, Rövşən Lənkəranski hazırda Dubayda yaşayır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam