Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lənkəranskinin öldürülməsi dəqiqləşdi - Canıyev necə Əliyev olub?

Lənkəranskinin öldürülməsi dəqiqləşdi

 

Bu gün Türkiyədə qətlə yetirilməsi xəbəri yayılan məşhur “qanuni oğru” Rövşən Lənkəranski barədə bir –birini təkzib edən informasiyalar yayılır 

Xeberinfo.com:  Bəzi media orqanları dünən axşam güllələnən şəxsin əslində Lənkəranski olmadığını bildirirlər. Bu iddia ilə çıxış edənlər türkiyə mediasında qətlə yetirilən şəxsin Əliyev soyadlı olduğuna əsaslanırlar. Bilidirlir ki, Lənkəranski ləqəbi ilə tanınan Rövşənin soyadı Əliyev deyil, Caniyevdir. 

Daxil olan məlumata görə Lənkəranskinin Əliyev kimi göstərilən olan pasportu olub. Bu barədə 2013-cü ildə mətbuatda məlumatlar getmişdi. 
Həmin il Azərbaycana doğum gününü qeyd etməyə gələn Lənkəranski «Milyonerlər məhlləsi» kimi tanınan («Gənclik» metrostansiyasının yaxınlığı-red) ərazisindəki evində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ələ keçirilmişdi. 
Məlum olmuşdu ki, Canıyev Hava limanından saxta pasport vasitəsiylə keçib. O da aşkarlanmışdı ki, həmin pasportda Rövşənin soyadı Əliyev göstərilib.

Görünür, dünən gecə baş verən hadisə vaxtı Türkiyə hüquq-mühafizə orqanlarının aşkarladığı sənəd elə həmin pasport olub.

Bu arada Canıyevin qətlə yetirilməsi ona yaxın olan şəxslər tərəfindən təsdiqlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam