Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Aprel döyüşündə yaralanan gizirin evi uçur

gizir yarali aprelAprel döyüşlərində yaralanan gizir Fəzail Quliyev yaşadığı problemlə bağlı müraciət edib.

Xeberinfo.com:   Beyləqan rayonunun Əmir Zeyidli kəndində yaşayan F. Quliyev deyib ki, hazırda əmək qabiliyyətini itirdiyi üçün ailəsinə baxa bilmir: “27 yaşım var və aprel ayının 2-də Füzulidə, Lələ təpədə gedən döyüşlərdə yaralanmışam. Yaram hələ tam sağalmayıb, ayağımda aparat qoyulub, hospitalda müalicə olunuram. Başımdan, ayağımdan və ağzımdan qəlpə yarası almışam”.

3 azyaşlı uşaq atası olan F. Quliyev deyir ki, sosial vəziyyəti çox ağırdır və yaşadığı çiy kərpicdən tikilmiş ev qəza vəziyyətindədir: “Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm, ancaq kömək edən yoxdur”.

Gizir F. Quliyev müalicəsindən razı olsa da, evinin uçmaq ehtimalı olduğu üçün ailəsindən nigarandır: “Müalicəmlə bağlı bir problemim yoxdur, ancaq 3 övlad atasıyam. Hazırda hospitalda müalicə aldığı üçün onlara baxan yoxdur. Evimiz də yararsız vəziyyətdədir, hər an uça bilər. Əmək qabiliyyətimi itirmişəm, uşaqların təhlükəsizliyi üçün heç nə edə bilmirəm”.

Gizir aidiyyatlı dövlət qurumlarına müraciət edərək uşaqlarının yaşayış şəraitinin normallaşması üçün yardım istəyib. (qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam