Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Atası ermənilərin yaraladığı uşağı xəstəxanadan çıxardı– Səbəb

 

Yenixeber.org: Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində yaralanan Ramin Yusifovun vəziyyəti nisbi yaxşıdır.

Bu barədə Teleqraf.com-a açıqlamasında Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov deyib.

Onun sözlərinə görə, Ramin Yusifov aşağı ətraflardan çoxlu qəlpə yarası alıb: “Dünən bizə daxil olanda vəziyyəti orta ağır idi. Təcili olaraq lazımi yardım göstərildi”.

Baş həkim bildirib ki, az öncə xəstənin atası onu evə aparıb: “Biz aparmasını məsləhət görmədik. Atası bildirdi ki, kənddə saman yığmalıdır. Uşağının yanında qalsa, samanı yığan olmayacaq. Bildirdik ki, uşaq nəzarətdə qalmalıdır, problem ola bilər. Amma ailə razılaşmadı”.

Qeyd edək ki, dünən Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb.

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam