Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“İqtisadiyyat Nazirliyi ancaq şou ilə məşğul olur”

nazim-memmedov

Məlum olduğu kimi, dünəndən Bakıda çörəyin qiyməti artıb.

Xeberinfo.com:   Belə ki, 30 qəpiklik zavod çörəyini 40, 40 qəpiklik çörəyi isə 50 qəpiyə satmağa başlayıblar.

Strateq.az xəbər verir ki, qiymət artımı ilə bağlı fikirini açıqlayan sabiq deputat, iqtisadçı Nazim Bəydəmirlinin sözlərinə görə, çörəyin qiymətinin inzibati yollarla tənzimlənməsi çox yanlış siyasətdir:

"Bu monopoliya şəraitində olan iqtisadiyyatımızda əsl monopolistlərə gücü çatmayan İqtisadiyyat Nazirliyinin ucuz “PR kampaniyası”ndan başqa bir şey deyil. Bu nazirliyin gücü də ancaq kiçik çörəkbişirmə sexlərinə və marketlərə çatır".

Sabiq deputat deyir ki, hökumət rəqabət mühiti formalaşdırmalı, iqtisadi fəaliyyəti stimullaşdırmalı, sahibkarların ucuz resurslara çıxışını asanlaşdırmalıdır:

"Mən, əminəm ki, əgər bunlar baş vermiş olsa, liberal bazar təşəkkül tapsa, çörəyin qiyməti indikindən də ucuz olar və bu məsələnin ətrafında bu qədər ajiotaj yaranmaz.

Siz balaca bir hesablama aparın, 4 nəfərdən ibarət olan bir ailə gündə hətta iki buxanka çörək istehlak edirsə, 10 qəpiklik bahalaşma onun büdcəsinə ayda əlavə 6 manat yük olacaq. Ancaq vətəndaş elektrik enerji tarifinə 1 qəpik əlavə və ya su tarifinə 50% əlavə və ya metro, avtobus gediş haqqına 30-50% əlavə tariflə pul ödəyəcəksə, onun xərcini hesablayın. Hələ bu xərclərə Tarif Şurasının kurasiyasına daxil olan sahələrdəki digər qiymət artımlarını, o cümlədən, ali məktəblərdəki təhsil haqlarını əlavə eləsək, orta statistik azərbaycanlı ailəsi üçün katastrof xərc məbləği ortaya çıxır.

Şəxsən, bir vətəndaş kimi, mənə də maraqlıdır, niyə bu qiymət artımlarına Tarif Şurasına rəhbərlik edən İqtisadiyyat naziri səsini çıxarmır, ancaq özəl sektor olan çörəkbişirmə və satışını guya "tənzimləməyə" qalxaraq tv-lərdə qalaq-qalaq reportajlar verdirir?

Demək ki, çörəyin qiyməti ilə bağlı bütün qalmaqal və tədbirlər şoudan başqa bir şey deyil".

Xatırladaq ki, dünən İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev çörəyin qiymətindən artm müşahidə olunmadığını və ümumiyyətlə, belə bir halın gözlənilmədiyini bildirmişdi. Ancaq görünən odur ki, qiymət artımı baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam