Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezidentdən Hacıbala Abutalıbova sonuncu xəbərdarlıq

 

    Xəbər verildiyi kimi, prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakıda ağacların kəsilməsinə sərt reaksiya verib. 

   

       "xeberinfo.com":Bakının ekoloji vəziyyətindən danışan prezident İlham Əliyev bir məsələni xüsusilə qeyd edib: “İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. 

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır". 

Hakimiyyətə yaxın mənbə açıqlamasında bu xəbərdarlığın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yönəldiyini iddia edir: “Adətən, belə iclaslarda prezident ad çəkmir, ümumi tendensiyaya münasibət bildirir. Ancaq sonda həmin şəxs ciddi şəkildə cəzalandırılır. Məsələn, ötən il prezident fermerlərə ayrılan dövlət subsidiyalarının şəffaf xərclənmədiyini, mənimsəmə hallarının olduğunu bildirmiş, belə neqativ hallara son qoyulması ilə bağlı xəbərdarlıq etmişdi. Bu ittihamların o vaxt kənd təsərrüfatı naziri işləyən İsmət Abbasova qarşı yönəlməsi şübhə doğurmurdu. Ancaq onun adı çəkilmədi. Bu xəbərdarlıqdan 9 ay sonra - ötən il oktyabrın sonunda işdən çıxarıldı. Düzdür, o, baş nazirin müavini təyin edildi. Ancaq nazir postu ilə müqayisədə baş nazirin müavini ”portfelsiz nazir sayılır" - maliyyə vəsaitinin bölüşdürülməsi hüququndan məhrum edilib. İndi eyni aqibətlə Hacıbala Abutalıbov üzləşə bilər".

Mənbənin iddiasına görə, paytaxtda ağacların kəsilməsinin başında H.Abutalıbov və onun işçilərinin durması prezidentə yaxşı bəllidir: Paytaxtda kəsilən ağacların yerində sıravi vətəndaşlar fərdi evlər tikmirlər. Məhv edilən yaşıllıq zolaqlarında əsasən inşaat mafiyası çoxmərtəbəli evlər inşa edir. Tikinti firmaları meriyanın iri çinli məmurlarına böyük məbləğli qeyri-rəsmi ödəniş etməklə tikintiyə rəsmi icazə alır. Meriya da iri məbləğli qeyri-rəsmi ödənişin qarşılığında həmin ərazidə ağacların kəsilməsinə, yaşıllıqların məhv edilməsinə göz yumur. Prezidentin sonuncu xəbərdarlığına bu rakursdan baxmaq lazımdır". 

Son vaxtlar Bakıda ağacların kəsilməsi ilə bağlı mediada çoxlu məlumatlar dərc edilib. Yasamal rayonu, Zərdabi prospektində ağacları gecə vaxtı naməlum şəxslərin kəsməsi bina sakinlərinin narahatlığına səbəb olmuşdu. Mediadan kömək uman sakinlərə bildirmişdilər ki, kəsilən ağacların yerində obyekt tikiləcək. Buna bənzər digər bir hadisə isə Binəqədi rayonu, Cavadxan küçəsi 1 saylı ünvanda baş vermişdi. Yayda insanların kölgəsində dincəldikləri ağaclar bir gecənin içərisində kəsilərək əraziyə obyekt tikilməsi üçün tikinti materialları gətirilmişdi. Sakinlərə isə məlumat verilmişdi ki, ərazidə mağaza tikiləcək. 

Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki 14 saylı binanın sakinləri də mətbuata ağacların kəsilməsi haqda şikayət bildirmişdilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də faktı təsdiq etmişdi. Nazirlikdən bildirilmişdi ki, əraziyə baxış keçirilən zaman 10 ədəd şam ağacının gecə saatlarında kəsilməsi faktı aşkarlanıb.

Böyük ehtimalla, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ağacların kəsilməsinə qarşı mübarizənin mümkünsüzlüyünü görüb məsələ ilə bağlı prezidentə məruzə edib. Prezident də öz növbəsində ad çəkmədən Hacıbala Abutalıbova sonuncu xəbərdarlığını edib.   

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam