Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Sədərək” bazarında gərginlik –Kəskin etirazlara səbəb var

 

Son üç gündə “Sədərək” kimi tanınan topdansatış bazarındakı sahibkarlarla ticarət obyektinin rəhbərliyi arasında ciddi narazılıq yaranıb

 

Yenixeber.org: Bazarda alverlə məşğul olan şəxslərin Azinforum.az-a verdikləri məlumata görə, buna səbəb rəhbərliyin icarə haqqlarını qaldırmaq istəməsidir. Bildirilir ki, bazar rəhbərliyi ilk belə addımı paltar satışı ilə məşğul olan 5 və 7-ci sıralarda tətbiq etmək istəyib. İcarənin hər kvadrat metrinə görə,  ödənişin az qala iki dəfə qaldırılması və yeni qiymətin  hər kvadrat üçün 19-20 manat müəyyən edilməsi sahibkarların etirazına səbəb olub. Üç gün əvvəl həmin sıradakı sahibkarlar etiraz əlaməti olaraq mağazalarını bağlayıblar. Sonra bazar rəhbərliyilə sırada alver edən sahibkarlar arasında kompromis variant tapılıb və qiymət artımının dozası bir qədər aşağı salınıb.  Ancaq görünür ki, bazar rəhbərliyi geriyə addım atmaq fikirində deyil və  bu qərarında israrlıdır. Çünki  artıq “Xalca bazarı” kimi tanınan hissəsədə sahibkarlara bildirilib ki, gələn aydan icarə haqqları yeni qiymətlə ödəniləcək. Sahibkarlar hesab edir ki, rəhbərliyin bu addımı ( icarə haqqlarını az qala 2 dəfə qaldırması-red) onsuz da tənəzül dövrünü yaşayan bazardakı vəziyyəti daha da acınacaqlı duruma salmış  olacaq. Bazar rəhbərliyi icarə qiymətinin artırılmasını vergi ödənişlərinin artması ilə izah edir.

Mövzu ilə bağlı “Sədərək” bazarı ilə əlaqə saxladıq. Lakin  onlar bizim bu mövzuda verdiyimiz suallar cavablandırmaq istəmədilər. (realmedia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam