Rəhim Qazıyev Əli Həsənovun cavabını verdi
xeberinfo.com: “Sovet dövrününü bir çox mənfiliklərinə baxmayaraq, ümumtəhsil məktəblərində hər gün vətənpərvərlik mövzusunda təbliğat işi aparılırdı. Təəssüf ki, indi bu istiqamətdə marifləndirmə işləri aparılmır”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Laçın Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hərbi ixtisaslara yiyələnmək arzusunda olan rayon ümumtəhsil məktəblərinin şagirdləri ilə keçirilən görüşdə çıxış edən Ə.Həsənov işğal altında olan rayonların orta ümumtəhsil məktəblərinin şagirdlərinin hərbi ixtisaslara yiyələnmək istəməməsinə görə təəssüfünü ifadə edib.
O, əsgərə qarşı münasibətin dəyişməsindən də danışıb: “Əvvəllər hər kəs əsgərə hörmətlə yanaşırdı. İndi isə əsgərə xalqın münasibəti tamam dəyişib. Yolda əsgər saatlarla dayanır, ancaq heç kim ona fikir vermir. Bu nə deməkdir? Budurmu azərbaycanlının orduya olan münasibəti? Belə münasibətlə qarşılaşan ordu nə edə bilər? Bu cür orduya kim getmək istəyər? Bu gün hər kəs biznesmen olmaq niyyətindədir. Ancaq hər kəs biznesmen ola bilməz”.
Başqa vaxt Azərbaycan ordusunun regionun ən güclü ordusu olduğunu deyən hökumət rəsmiləri indi nədən günahı cəmiyyətdə görür?
Əli Həsənovun açıqlamasından xəbərdar olan keçmiş müdafiə naziri Rəhim Qazıyev onun dediklərini başa düşmədiyini bildirdi: “Cəmiyyət buna neyləsin? Əgər valideyn övladını vətənə xidmət etməyə göndərirsə, sülh, qeyri-döyüş şəraitində o övladın meyiti onun qapısına gəlirsə, generallar, müdafiə nazirliyi və onun müavinləri ancaq döyüş meydanında göstərdiyi şücaətə görə yox, əsgərin dövlət tərəfindən ona ayrılan yeməyini, pal-paltarını satıb villalar tikirsə cəmiyyətin burada nə günahı var? Cəmiyyət insani rəftar göstərib, vətənini, dövlətini sevib bu qədər qeyri-qanuni halları görə-görə övladını hərbi xidmətə göndərir. Əli Həsənov nədən məmur-oliqarxların 300-500 minlik maşın alıb insanları ailələrini bədbəxt edən övladlarından danışmır? Onların birinin tərcümeyi-halını yazsın göstərsin hansı biri hərbidə qulluq edib. Əli Həsənovun əgər cəsarəti çatırsa işin mahiyyətindən danışsın. Ölkədə gül bayramı adı ilə Heydər Əliyevin doğum gününə 70 milyon pul xərclənir, ancaq vətən üçün canını qoymuş ikinci dərəcəli Qarabağ qazisi Zaur Həsənov mülkünü ala bilmədiyi üçün özünə qəsd edir. Hökumət bu olaya susqunluq göstərirsə və digər Qarabağ qaziləri də özünü yandırır. Cəmiyyətin bir günahı var, o da bu olaylara susqunluq nümayiş etdirir, nifrətini püskürmür