Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Daha bir oliqarx oğlu milyonlarını nümayiş etdirdi

 

 

Bu dəfə Heydər Babayevin qohumu necə dəbdəbəli əyləncələrlə məşğul olduğunu göstərdi 

   "xeberinfo.com": Bakı Neft Bazasının keçmiş direktoru, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin oğlu Niyaz Babayev "superbahalı maşınlardan manyakcasına asılıl" olduğu, lüks həyata meyllili, kef dünyasında boy göstərdiyi barədə yazı dərc olunub.

     Məqalədə Niyazın adına Bayıl tərəfdə yerləşən beşulduzlu (əslində üç ulduza güclə çatar) “Crown Plaza” oteli olduğu və onun bu məkandan öz əyləncələri üçün istifadə etdiyi bildirilir. 

        Yazıda qeyd olunur ki, 26 yaşlı Niyaz Babayev qüdrətli əmisinin vəzifədə olduğu vaxtlarda Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub: "Atasının neft sferasında o vaxtkı nüfuzunun sayəsində o, oxumağa o qədər də meyl etməyib, şən yaşayıb və ürəyi istəyən kimi əylənib. Niyaz da bundan əvvəl haqqında bəhs etdiyimiz Murad Axundov kimi Bakının gecə əyləncələrində böyüyüb". 

      Məqalədə göstərilir ki, Heydər Babayevin işdən azad edilməsindən sonra Bakıda qalmağın mənası olmadığı üçün Niyaz "müasir sivilizasiyanın mərkəzi" Dubaya gedib.

      N.Babayevin şəxsi həyatı barədə məlumatda bildirilir ki, onun vurulduğu qız paralel olaraq Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Maqomed Qurbanovun yaxın qohumu, Dərbəndi “fırladan” qüdrətli Qurbanovlar klanının nümayəndəsi Şıxsəid Qurbanovla da gəzirmiş və gənclər bir neçə il əvvəl  “Emporium” dizayner geyimi butikinin açılşında dalaşıblar. "Qız isə bu çəkişmədən yüksəkdə dayanıb və üçüncü sevgilisinə ərə gedib, hazırda İstanbulda xoşbəxt yaşamaqdadır".

     Yazıda göstərilir ki, Niyaz dünyanın ən yaxşı kurortlarına səyahətlərini davam etdirir, Kann, Monako, Marbelyu, Sent-Rope, adı bədnam çıxmış “Gotha” klubu, İstanbulun “Reina” klubu və məkanlarda dolaşır.

     Məlumatda  N.Babayevin şopinqə xeyli vəsait xərclədiyini bildirilir: "Məhdud sayda istehsal edilən krossovka nümunələri, minimal qiyməti on minlərlə avro olan “Romain Jerome” və “İcelink Six Time Show watch” saatlar..."


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam