Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Devalvasiya sabiq nazirin biznesini də vurdu - FOTOLAR

 

 

Devalvasiyadan sonra ölkədə yaranan iqtisadi böhran sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin də biznesinə təsir edib. 
 
Xeberinfo.com:   Məlumata görə, sabiq nazirə məxsus olan “Çudo Peçka” MMC-yə məxsus ən böyük kafe-mağazalardan biri bağlanıb. 
MMC-nin Azərbaycan prospektində yerləşən kafe-mağazası manatın devalvasiyasından sonra yaranan iqtisadi böhranın "qurbanı" olub. Əldə etdiyimiz məlumata görə, MMC-yə məxsus digər kafe-mağazalarda xeyli sayda ixtisarlar olub. MMC-nin kafe-mağazaları ilə yanaşı baş ofisində də ixtisarlar aparılıb.
Qeyd edək ki, bu şəbəkənin “İnşaatçılar”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov”da iki, “Qara Qarayev”, “Əhmədli”, “Elmlər Akademiyası”  və “Neftçilər” metrostansiyalarının çıxışlarında da kafe-mağazaları var. 
Xatırladaq ki, “Çudo Peçka” şəbəkəsi 2000-ci ilin əvvəllərində iş adamı Çingiz Cəlilov tərəfindən qurulub. İlk fəaliyyətə başladığı vaxtlarda böyük müştəri axını görən “Çudo Peçka” şəbəkəsi sonradan müştəri itirməyə başlayıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilməyib, şəbəkəsinin məntəqələrində tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.
Ç.Cəlilov kredit borcunu qaytara bilmədiyi üçün MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qalıb. “Bank Standart” Heydər Babayev iqtisadi inkişaf naziri olduğu zamanlarda onun biznes şəbəkəsinə daxil idi. 
Xatırladaq ki, Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. 2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən iqtisadi inkişaf naziri postuna təyin olundu. 2008-ci ildə isə bu postdan uzaqlaşdırıldı. 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam