Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Məmur övladının milyonluq maşın kolleksiyası - FOTOLAR

 

"Azəryolservis" ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin məsul şəxslərindən olan  Xaqani Kazımovun oğlu, Bakı şəhər Prokurorluğunda çalışan Vüsal Kazımov bahalı avtomobillərdən ibarət kolleksiyaya sahibdir. 
Xeberinfo.com:   Bu barədə istiqlal.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Mənbə həmin kolleksiyanın bir hissəsinin fotolarını da təqdim edib. Bu avtomobillərin dəyəri bir neçə milyon manatlarla ölçülür. Ancaq V.Kazımov və atasının rəsmi maaşı 1000 manadan yuxarı deyil.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan X.Kazımov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri sayılır. C.Qurbanov "Azəryolservis"-ə rəhbərlik edəndə X.Kazımov 71 saylı Yol İstismarı İdarəsinə rəis təyin edilir və bu idarə ən çox dövlət sifarişləri alan quruma çevrilir. C.Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-yə sədr təyin edildikdən sonra isə onu  özü ilə bərabər dəmiryol sisteminə transfer edir.











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam