Əbu- Dabidə qaz emalı kompleksi yanğın səbəbindən fəaliyyətini dayandırıb

Əbu-Dabidə "Habşan" təbii qaz emalı kompleksi hava hədəflərinin qalıqlarının düşməsi nəticəsində baş verən yanğın səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Yenixeberorg.com: Bu barədə "Al Jazeera" əmirliyin hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Əbu-Dabi hökuməti hava hücumundan müdafiə sistemləri vasitəsilə ələ keçirilmiş raket qalıqlarının Habşan rayonuna düşməsi hadisəsinə reaksiya veriblər. Əlavə məlumat müəyyən edilmiş qaydada təqdim olunacaq", - məlumatda qeyd olunub.









AZ
RU