Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Nazirlik 50 ədəd “NAZ-Lifan” alacaq

 

Müdafiə Nazirliyi “NAZ-Lifan” avtomobilləri almağı planlaşdırır.
 

Xeberinfo.com:   Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirlik yerli istehsal olan, Azərbaycanda yığılan və quraşdırılan nəqliyyat vasitələrinə, hərbi və xüsusi texnikaların istifadəsinə daim üstünlük verir: “Son iki ildə qoşunlar Azərbaycanda hazırlanan yüksək keçidli, praktiki baxımdan sərfəli, qənaətcil və yerli iqlim şəraitinə cavab verən “MAZ”, “KamAZ” markalı təkərli avtomobil və xüsusi texnika ilə təmin olunub. Bu texnikalar qısa müddətdə sınaqdan çıxarılıb və müsbət rəy qazanıb. Artıq 1 ildən çox müddətdir ki, qoşunlarda, həmçinin “NAZ-Lifan” markalı minik avtomobillərindən də istifadə edilir. Bu maşınlar da öz praktikliyini sübut edib”.

 
Məlumatda həmçinin qeyd olunur ki, yaxın vaxtlarda sərəncamdakı sıradan çıxmış, yaxud istismar müddəti bitmiş və qeydiyyatdan silinməyə hazırlanan minik avtomobillərinin yerli istehsal olan “NAZ-Lifan” maşınları ilə əvəzlənməsi nəzərdə tutulub. İlkin mərhələdə bu tip 50 avtomobilin alınması planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam