Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“NAZ-Lifan"a sifarişlər dayandı:“İl başlayandan cəmi 3 avtomobil satmışıq”

 

 

"Bir həftə sonra yenidən işə başlayacağıq"

Yenixeber.org:   Bu haqda Modern.az-a Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev məlumat verib.


Direktor bildirib ki, hələlik zavodda iş getmir:

“Sifariş verdiyimiz 30 ədəd “620” modelindən olan avtomobillər hazırda İrandadır, bir həftə sonra Azərbaycanda olacaq. Bir həftə sonra yenidən işə başlayacağıq. Doğrudur, əvvəlki illə müqayisədə sifarişlərimiz azdır, amma biz yenə də var gücümüzlə işləyəcəyik. Gətirilən avtomobillər sifariş deyil. Bu avtomobillər həm dövlət təşkilatları, həm də vətəndaşlar üçün nəzərdə tutulub. Biz istəyirik ki, zavodda bütün növ avtomobillərdən olsun ki, hansısa qurum sifariş verəndə, onları dərhal təmin edə bilək. Hələlik sifarişlərimiz dayanıb”.

 

M.Abdullayev qeyd edib ki, daha sonra 20 ədəd “NAZ-Lifan X50” və 20 ədəd X60 (SUV), 20 ədəd də ticarət üçün yük avtomobilləri gətiriləcək:

Direktor dolların məzənnəsinin qiymətlərə təsir etmədiyini açıqlayıb:

“Hazırda dolların məzənnəsi nisbətən stabilləşib. Ona görə də qiymətlərdə dəyişiklik etməyi düşünmürük. Ümumilikdə, “NAZ-lifan” avtomobillərinin qiyməti 11 min manatdan 33500 manat arasında dəyişir. Ən bahalı model NAZ-Lifan  “820”-dir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam