Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsmayıllıda gənclər narkomaniyaya qarşı sosial videoçarx hazırlayıblar- VİDEO

İsmayıllıda gənclər narkomaniyaya qarşı sosial videoçarx hazırlayıblar

İsmayıllı rayonunda fəaliyyət göstərən Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin (GANİB) gənc üzvləri tərəfindən narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təşviqi məqsədilə sosial videoçarx hazırlanıb.

Yenixeber.org: Videoçarxda narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına, ailə institutuna və bütövlükdə cəmiyyətə vurduğu zərərlər əyani şəkildə təqdim olunur. Çarx vasitəsilə gənclər zərərli vərdişlərdən uzaq durmağa, sağlam və aktiv həyat tərzinə üstünlük verməyə çağırılır.

Layihə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində təhsil alan təşkilatın fəal gənc üzvlərinin iştirakı ilə reallaşdırılıb. Təşəbbüs gənclərin ictimai fəallığının artırılması, onların maarifləndirici və sosial layihələrdə iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, sözügedən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq icra olunur və ölkədə narkomaniyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə töhfə verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam