Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Yağıntılar nə vaxt kəsiləcək?

 

“Fevralın 11-i axşam saatlarında yağıntılar tədricən kəsiləcək. Ayın 12-si Bakıda və Abşeron yarımadasında, o cümlədən bölgələrdə hava şəraitinin mülayimləşəcəyi, əksər yerlərdə yağıntısız olacağı gözlənilir”.

Yenixeber.org xəbər verir ki, bu barədə AZƏRTAC-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, sabah gündüz Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə ediləcək: “Güclü şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 2-5 dərəcə isti olacaq. Bölgələrdə də sabah yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə qar yağacaq, ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi proqnozlaşdırılır”.

Gülşad Məmmədova deyib ki, fevralın 10-12-də yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qeyd edək ki, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam