Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

 

Prezidentin bu gün imzaladığı Sərəncamla Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Yenixeber.org xəbər verir ki, R.İsmayılov 2024-cü ilin avqustundan nazirlikdə nazirin birinci müavini vəzifəsini tuturdu. O həmin təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rəşad İsmayılov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

2000-2006-cı illərdə özəl şirkətlərdə hüquqşünas, 2006-cı ildə Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis vəzifəsində çalışıb.

Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələri tutub.

2016-2018-ci illərdə Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri, 2018-2019-cu illərdə Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə həmin komitədə Aparat rəhbəri vəzifələrində işləyib.

Xatırladaq ki, ekologiya və təbii sərvətlər naziri postu ötən ilin fevralın 5-dən boş idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam