Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

 İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanıldı

İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb

İsrailin Ümumi Təhlükəsizlik Xidməti və polis əməkdaşları İran agentləri ilə əlaqədə olmaqda şübhəli bilinən bir jurnalisti saxlayıblar.

Yenixeber.org: Məlumata görə, şübhəli şəxs yanvar ayının sonunda naməlum şəxslərin onunla əlaqə saxlaması barədə polisin kiberşöbəsinə müraciət etdikdən bir neçə gün sonra həbs olunub.

Bildirilib ki, jurnalistlə sosial şəbəkələr üzərindən əlaqə yaradılıb və ondan pul qarşılığında etiraz aksiyalarında iştirak etmək, həmçinin Qüdsün mərkəzi küçələrinin fotolarını çəkmək xahiş edilib. O, əvvəlcə bu təkliflərə şübhə ilə yanaşmayıb, çünki peşə fəaliyyəti çərçivəsində oxşar müraciətlər aldığını bildirib. Daha sonra isə kibertəhlükəsizlik şöbəsi ilə əlaqə saxlayaraq məsələ barədə məlumat verib.

Hüquq-mühafizə orqanları onun həbs müddətinin uzadılmasını istəsələr də, apellyasiya məhkəməsi bu müraciəti təmin etməyib. Bildirilib ki, hazırda şübhəli şəxs ev dustaqlığına buraxılıb. (Ynet)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam